Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 210
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 210
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:06 05.06.2016

 

№ 210                                                Bakı şəhəri, 2 iyun 2016-cı il

 

“Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi və “Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 1884 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 8, maddə 780; 2014, N 7, maddə 948) ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4.4-cü yarımbənd əlavə edilsin:

“1.4.4. idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına  həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada ödənilən haqlar.”.

2. 6-cı hissə üzrə:

2.1. adında və 6.1-ci bənddə “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

“6.3-1. Operator idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına  həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri