Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Məhkəmənin çağırışına baxmayaraq əmlak bölgüsü tələbi ilə bağlı iş üzrə iclasda iştirak etməkdən boyun qaçırmağa görə şahidin məsuliyyəti varmı?
Namiq ORUCOV,
Bakı şəhəri
Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.
Şahid məhkəmə iclasına gəlmədikdə məhkəmə onun iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır. Çağırılmış şahid məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzrsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, m. 62.1, 62.2, 186.1 və 186.2).
Qadın ərindən boşanıb. Onun iki oğlundan böyüyü vəfat edib. Dünyasını dəyişmiş oğlunun arvadı və 2 uşağı var. Qadının mülkiyyətindəki ev onun vəfat etməsi halında vərəsə kimi ikinci oğluna qalacaq, yoxsa həmin evdə böyük oğlunun arvadının da payı var?
Müseyib Abbasov,
Sumqayıt
Əgər hər hansı vəsiyyətnamə tərtib edilməyibsə, onda qadının vəfatı halında qanunvericiliyə əsasən, bu əmlak vərəsələrə vərəsəlik əsası üzrə keçəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 (“Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar”) və 1159.1.3-cü (“Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.”) maddələrinə müvafiq olaraq evin bölgüsü aşağıdakı kimi olacaq. Ev birinci növbədə vərəsələr kimi qadının böyük oğlunun iki uşağı və ikinci oğlu arasında bölüşdürüləcək. Bu zaman qadının böyük oğluna çatası pay (yəni, evin 1/2 hissəsi) sonuncunun 2 uşağı arasında bərabər şəkildə (hər birinə 1/4 hissə olmaqla) bölünəcək. Evin qalan 1/2 hissəsi isə qadının ikinci oğluna vərəsəlik qaydasında keçəcəkdir. Qadının böyük oğlunun arvadı birincinin vərəsəsi olmadığından qadının vəfatı halında, evə münasibətdə hər hansı mülkiyyət hüququ yaranmayacaqdır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!