04 Iyun 2016 02:06
462
MSK
A- A+

2010-cu ildə formalaşmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 8/30

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16/61 saylı 03 avqust 2010-cu il tarixli Qərarı ilə formalaşmış və 3/12 saylı 11 aprel 2013-cü il tarixli Qərarı ilə tərkibində dəyişiklik edilmiş “Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya”nın tərkibində yeni dəyişikliklər zərurəti yaranmışdır.

Belə ki, yuxarıda  qeyd edilən  komissiyanın tərkibinə daxil olan  Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci tarixli fərmanı ilə ləğv edilmiş, funksiyaları digər dövlət orqanları arasında bölüşdürülərək aidiyyəti səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Ona görə də həmin komissiyanın tərkibində müvafiq dəyişikliklər edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 16/61 saylı 03 avqust 2010-cu il tarixli Qərarı ilə yaradılan və hazırda fəaliyyətdə olan “Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya”nın tərkibində dəyişiklik edilərək  “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” “Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi” ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

03.06.2016

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video