Alternative content

19:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:06 04.06.2016

 

Qərar № 8/31

 

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaratmışdır.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin fasiləsiz izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə həmin seçki dairəsi üzrə 10 (on) seçki məntəqəsində veb-kameralar quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilməklə ictimailəşdirilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na əsasən qərara alır:

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, həmin seçki dairəsi üzrə 10 (on) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.

2. Proses başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilsin.

3. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

03.06.2016