Alternative content

06:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 206
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 206
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:06 01.06.2016

 

№ 206                                                Bakı şəhəri, 27 may 2016-cı il

 

“Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 127-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1812 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 3, maddə 197; 2003, N 6, maddə 342; 2006, N 9, maddə 822, N 11, maddə 989: 2008, N 2, maddələr 116, 125, N 9, maddə 853, N 10, maddə 928; 2009, N 6, maddə 491; 2010, N 8, maddə 764; 2011, N 6, maddə 566; 2012, N 1, maddə 36, N 5, maddə 488, N 12, maddə 1352; 2013, N 5, maddə 576, N 7, maddə 876, N 8, maddə 998, N 10, maddə 1211, N 11, maddə 1463; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 107 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” üzrə:

1.1. 2.1-ci bənd üzrə:

1.1. 1. “b” yarımbəndinin üçüncü abzasına “ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin,” sözlərindən sonra “D” kateqoriyası avtonəqliyyat vasitələrini ən azı beş il idarəetmə təcrübəsinə malik olan şəxslərin,” sözləri əlavə edilsin;

1.1.2. “c” yarımbəndinin beşinci abzasında “və “D” kateqoriyaları” sözləri “kateqoriyası” sözü ilə əvəz edilsin;

1.1.3. altıncı abzasda “24” rəqəmi “26” rəqəmi ilə əvəz edilsin;

1.1.4. altıncı abzas yeddinci abzas hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“D” kateqoriyası üzrə - 23 yaşdan;”.

2.  Həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” üzrə:

2.1. 1.5-ci bənd üzrə:

2.1.1. 5-ci yarımbənddən “və “D” sözləri çıxarılsın;

2.1.2. aşağıdakı məzmunda 5-1-ci yarımbənd əlavə edilsin:

“5-1) “D” kateqoriyası üzrə - 23 yaşdan;”;

2.1.3. 6-cı yarımbənddə “24” rəqəmi “26” rəqəmi ilə əvəz edilsin.

2.2. 2.11-ci bəndin ikinci abzasına “hüququ olan” sözlərindən sonra “və bu avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri