Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 200
№ 200 Bakı şəhəri, 24 may 2016-cı il
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları” təsdiq edilsin (əlavə olunur)*.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 oktyabr tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 620; 2010, N 1, maddə 55, N 3, maddə 264) ləğv edilsin.
3. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normaların tətbiqi ilə əlaqədar tələb olunan xərclərin maliyyələşdirilməsi hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saxlanılması xərclərində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
*Əlavə xidməti istifadə üçün nəzərdə tutulduğundan dərc edilmir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!