29 Aprel 2012 12:04
859
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

lMəhkəmə qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bilmək istərdim, qətnamə hansı müddətdə icra edilməlidir?

 

Vasif NAĞIZADƏ,

Xırdalan şəhəri

 

- Məhkəmə qərarlarının və digər icra sənədlərinin məcburi icra qaydaları və şərtləri "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

 

Universiteti bitirdikdən sonra 1980-1987-ci illərdə Qazaxıstanda işləmişəm. Pensiyaya çıxacağım halda, bu müddət əmək stajıma daxil ediləcək?

 

Nail İBADULLAYEV,

Şəmkir rayonu

 

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı  ümumi qaydada sığorta stajına daxil edilir.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hansı müddətdə şikayət vermək olar?

 

Zarina NƏCƏFBƏYLI,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində Plenuma əlavə kassasiya qaydasında şikayət verilə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 426.2-ci maddəsi). Burada diqqət edilməli məsələ ondan ibarətdir ki, apelyasiya və kassasiya şikayətlərindən fərqli olaraq, əlavə kassasiya qaydasında şikayət vermə müddətinin axımı məhkəmə qərarının (qətnaməsinin) alındığı tarixdən deyil, qəbul edildiyi tarixdən başlayır.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının qərarı qəbul edildiyi gündən 1 ay müddətində, işdə iştirak edən şəxslərə sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir (Mülki Prosessual Məcəllənin 419.3-cü maddəsi).   

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video