19 May 2016 04:05
466
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.

Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışan dövlətimizin başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə etdi. Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirdi. Dövlətimizin başçısı ölkəmizdə kənd təsərrüfatının fəal şəkildə inkişaf etdirilməsi planları ilə əlaqədar olaraq bu sahədə istifadə edilən texnikaya tələbatın getdikcə artacağını vurğuladı. Qısa zaman ərzində ölkəmizin Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən Prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu dedi.

Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı. Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində çox işlərin görüldüyünü deyən Mixail Rusıy “Caspian Agro-2016” sərgisində təkcə Belarus istehsalı olan texnikanın deyil, eləcə də Belarus-Azərbaycan birgə məhsullarının nümayiş etdirildiyini məmnunluqla qeyd etdi. Belarus Respublikası Baş nazirinin müavini Azərbaycanın kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu məqsədlərlə yaxından tanış olduğunu dedi. Mixail Rusıy bildirdi ki, Azərbaycan hökuməti qarşısına ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və ixraca nail olmaq kimi çox vacib məqsədlər qoyub. Prezident İlham Əliyevin dəstəyi ilə bu il ölkəmizin müəssisələrində 2 min traktor istehsal olunacağını deyən Belarus Baş nazirinin müavini nəticədə Azərbaycanda kənd təsərrüfatı maşınqayırması kimi tam bir sənaye sahəsinin yaradılmasının önəmini qeyd etdi. Birgə istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı üçün Azərbaycanın yaxşı tərəfdaş olduğunu deyən Mixail Rusıy məhsulların artıq Gürcüstana ixracına başlanıldığını vurğuladı, gələcəkdə istehsal templərinin artacağına əminliyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video