Alternative content

04:45 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 192
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 192
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:05 15.05.2016

 

№ 192                                      Bakı şəhəri, 11 may 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 7, maddə 884; 2014, N 6, maddə 745; 2015, N 3, maddə 331, N 6, maddə 785; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 mart tarixli 122 nömrəli qərarı) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 26-cı hissəsinin “Təbii inhisara aid edilən fəaliyyət növləri” sütunundan “və hərəkət təhlükəsizliyi” sözləri çıxarılsın;

2. aşağıdakı məzmunda 26-1-ci hissə əlavə edilsin:

“26-1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi - dəniz üzgüçülüyünün təhlükəsizliyi”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri