15 May 2016 12:05
942
Oxucu məktubları
A- A+

Prezidentlə görüş bizə inam verdi

 

Aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən minaatanlardan və artilleriya qurğularından açılmış atəş nəticəsində bizim ev də demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü.

Düşmənin açdığı atəş nəticəsində kəndimizdə bizim evdən başqa daha 54 evə ziyan dəyib, onlardan 14-ü tamamilə dağılıb. Mən uzun illərdir ki, Tərtər rayon telekommunikasiya idarəsində çalışıram. Əlavə təsərrüfat işləri ilə məşğul olub 8 nəfərdən ibarət ailəm üçün yaxşı bir ev tikdirmişdim. İndi dağıdılmış evimə baxanda çəkdiyim əziyyətlər yadıma düşür. Evin yenidən bərpası üçün götür-qoy edəndə dövlət başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə rayonumuza, oradan da bizim kəndə gəldi və erməni silahlı qüvvələrinin dağıtdığı evlərə baxdı. Bizdə olarkən dedi ki, evi qəzalı vəziyyətə düşmüş heç bir kənd sakini narahat olmasın. Dağılmış bütün evlər dövlət vəsaiti hesabına tam təmir ediləcək. Əsas məsələ insanların ruh yüksəkliyidir ki, o da bütün bölgə əhalisində var. Əsgərlərimizin də döyüş ruhunun yüksək olduğunu söyləyən ölkə rəhbəri bizə ürək-dirək verdi. Dedi ki, biz hələlik sülh danışıqlarının tərəfdarıyıq. Lakin lazım gəlsə torpaqlarımızı müharibə yolu ilə də geri qaytarmağa qadirik. Çünki bizim güclü ordumuz var.

Biz sakinlər də dövlət başçısına dedik ki, Qapanlı kəndinin sakinləri düşməndən  qorxmur. Biz də torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ailə üzvlərimlə xatirə şəkli də çəkdirdilər. Bu tarixi görüş mənim və ailə üzvlərimin yaddaşından heç vaxt silinməyəcək.

 

Abbas ABBASOV,

Tərtər rayonu Qapanlı kəndinin sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video