Alternative content

20:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özünü belə tanıtdı
Özünü belə tanıtdı
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 15.05.2016

 

Masallıda yabanı qızılgüllər bitən təpələrin arasında yerləşən Güllütəpə adlanan bir kənd var. Bu kənd həmişə igidləri ilə seçilib. Qarabağ savaşı başlayandan Güllütəpə də bu mübarizədən kənarda qalmayıb, bu yolda neçə-neçə oğulları şəhid olub.

1996-cı ildə Güllütəpədə sadə bir ailədə dünyaya göz açan Firdovsi Əliş oğlu Bağırzadə də ürəyində Vətən sevgisi olan gənclərimizdən biri idi. Atasını erkən itirmişdi. Bacısı ilə birlikdə anası Sehranənin himayəsində böyümüşdü. 2014-cü ildə tam orta təhsilini başa vuran Firdovsi Milli Ordumuzun sıralarında Qarabağ bölgəsində, mənfur düşmənlə təmas xəttində hərbi xidmətə başladı. Bu il aprel ayının 1-dən 2-nə keçən gecə erməni tərəfinin təxribatı başlananda Firdovsi gündüzdən əsgəri xidməti başa vurduğu haqda əmrini almışdı, səhəri gün evlərinə yola düşəcəkdi. Evlərində onun gəlişinə hazırlaşırdılar...

Amma Firdovsi döyüşlərdən kənarda qalmaq istəmədi. Vətən sevgisi onu cəngə səsləyirdi. Mənfur düşmənə layiqli cavab verməyə fürsət yaranmışdı. Bütün xidməti dövründə bu günün arzusu ilə yaşamışdı. Odur ki, ön sıraya keçdi, hərbi əməliyyatlarda iştirak etmək istədiyini bildirdi. Hərb meydanında şücaət göstərib canını fəda etdi.

Onu son mənzilə yola salmağa saysız-hesabsız insan gəlmişdi. Xidmət etdiyi hərbi hissənin əsgərləri də izdihamda iştirak edirdilər. Güllütəpə qəbiristanlığı öz şəhid oğlunu qoynuna aldı, onun şərəfinə yaylım atəşləri açıldı. Azərbaycan Bayrağını başları üzərində dalğalandıran gənclər “Şəhidlər ölməz! Vətən bölünməz!” şüarlarını səsləndirdilər. Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, Firdovsinin müəllimləri onun göstərdiyi igidlikdən danışdılar.

Vətən yolunda canını fəda edən Firdovsi qədirbilən xalqımıza özünü belə tanıtdı.

 

Əlihüseyn ŞÜKÜROV,

Masallı rayon sakini