Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:54 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Terrorçu Ermənistanın ifşasında hamı fəal olmalıdır
Terrorçu Ermənistanın ifşasında hamı fəal olmalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 15.05.2016

 

Aldığı sarsıdıcı zərbədən özünə gələ bilməyən düşmən daha da azğınlaşıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarında erməni tərəfin dinc sakinləri, yaşayış yerlərini atəşə tutması, demək olar ki, hər gün yer alır. Mülki əhali arasında həlak olan və yaralananlar var. Evlərə, fərdi və  ictimai əmlaka, təsərrüfatlara ziyan dəyib. Bu hal Tərtər və Ağdam istiqamətində hələ də davam etməkdədir. Ermənistan silahlıları müharibə qanunlarını, eləcə də beynəlxalq konvensiyaların, hüququn tələblərini kobud şəkildə pozur. Halbuki Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə aldığını dəfələrlə bəyan edib. Hərbi mundirli və əli silahlı şəxs əgər silahsız mülki vətəndaşlara, dinc əhaliyə atəş açırsa, bu, quldurluq, hərbi cinayətdir.

KİV, ictimaiyyət, dövlət və qeyri-dövlət təşkilatları Ermənistanın apardığı bu mənfur, insanlıq əleyhinə quldur siyasətini ifşa etməli, fakt və dəlilləri, eləcə də tələblərini bütün mötəbər beynəlxalq təşkilatlara, BMT-yə, ATƏT-ə, Avropa Komissiyasına, böyük dövlətlərin başçılarına, parlamentlərinə ünvanlamaqla vətəndaş fəallığı nümayiş etdirməlidir. Nəzərə almaq lazımdır ki,  ermənilər bu istiqamətdə də dünyaya yalan sırımağa çalışır, öz əməllərini Azərbaycanın adına yazmağa səy göstərirlər. Dünya ictimaiyyəti həqiqətlərdən hali olmalıdır ki, Azərbaycan Ordusu düşməni susdurmaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyatların səbəblərini anlasın.

Bəs hər fürsətdə insan hüquqlarından dəm vuran beynəlxalq qurumlar niyə susurlar, nə üçün Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən bu terror aktlarına qiymət verib haqq səslərini ucaltmırlar? Əgər bir dövlət hərbi qüvvələrindən başqa bir dövlətin ərazisində onun mülki şəxslərinə qarşı istifadə edirsə, bu zaman ağır silahlara da əl atırsa, bunun adı terrordur! Ermənistan bu yolla, dinc sakinləri hədəfə almaqla Azərbaycan dövlətinə dolayı təsir göstərmək istəyir! Əbəs yerə!

Terror da, terrorçu da ifşa olunmalı və təcili zərərsizləşdirilməlidir. Dünyada terrora qarşı koalisiya yaradan, mübarizə aparan ölkələr, xalqlar və qüvvələr də bizim bu haqq işimizi müdafiə etməli, Ermənistana qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bunun üçün biz ideoloji-informasiya fəaliyyətimizi genişləndirməli, hər ölkədə, hər beynəlxalq qurumda usanmadan iş aparmalıyıq: nəticə hasil olanadək, düşmən ram edilənədək!

 

Ərəstun FƏTULLAYEV,

Bakı şəhəri

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM