Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV O gün də tezliklə gələcək
O gün də tezliklə gələcək
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 15.05.2016

 

Erməni hərbçilərinin atəşkəsi pozaraq cəbhə bölgəsində növbəti təxribat törətmələri, mülki əhalini artilleriya silahları ilə müntəzəm atəşə tutması onu deməyə əsas verir ki, mənfur qonşumuzun əsas məqsədi azərbaycanlılara qarşı zorakılıq siyasətini yenə də davam etdirməkdir. Lakin biz nə ermənilərdən, nə də onların havadarlarından qorxuruq. Çünki güclü dövlətimiz və qətiyyətli Prezidentimiz var. Elə bu günlərdə ölkə rəhbəri İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etməsi, əhali ilə, ermənilərin atəşkəsi pozmaları nəticəsində yaralanan dinc insanlarla görüşməsi bir daha sübut etdi ki, Prezidentimiz həmişə xalqla birlikdədir.

Dövlət başçısının xanımı ilə cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəlməsi, artilleriya zərbəsi nəticəsində evləri dağılmış kənd sakinlərinin həyətlərində olması hər birimizdə sabaha daha böyük ümidlər yaratdı. Söhbət zamanı ölkə rəhbəri düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların tezliklə aradan qaldırılması üçün bütün tədbirlərin görüləcəyini söylədi. Erməni təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlığını, cəsarətini və torpağa bağlılığını xüsusi vurğuladı.

Mənim 80-ə yaxın yaşım var. Uzun illər təhsil sahəsində çalışmışam. İndi təqaüddəyəm. Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulmasını mən də həsrətlə gözləyirəm. Son vaxtlar Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar nigarançılığımız azaldıb. İndi hamı daha çox əmindir ki, o gün çox da uzaqda deyil.

 

Tariyel ABBASOV,

Goranboy rayonu Tapqaraqoyunlu kəndinin sakini