Bizi təzə qəsəbəyə köçürdülər
Xocalı rayonu erməni faşistləri tərəfindən işğala məruz qalanda Zaqatala rayonuna pənah gətirdik. Burada Şuşa, Ağdam, Qubadlı, Füzuli, Cəbrayıldan olan məcburi köçkünlər də məskunlaşıblar. Ölkə rəhbərliyindən əlavə, yerli əhali də daim problemlərimizlə maraqlanır və çətinliklərimizi yüngülləşdirməyə kömək göstərirlər.
Bu günlərdə isə bizi rayonun Aşağı Tala kəndi ərazisində Dövlətqaçqınkom xətti ilə yeni salınmış qəsəbəyə köçürmüşlər.
Yeni yaşayış kompleksinə beşmərtəbəli 3 yaşayış binası, məktəb, uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir. Burada mənzillər birotaqlı, ikiotaqlı, üçotaqlı və dördotaqlıdır.
Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı, istilik şəbəkəsi, kanalizasiya sistemi ilə bağlı da iş aparılıb. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin uşaq bağçası bütün zəruri inventar və avadanlıqla təchiz olunub. İki su anbarı yaşayış kompleksini fasiləsiz su ilə təchiz edir. Ərazidə abadlıq və yaşıllaşdırma işləri də görülüb.
Ailəmiz böyük olduğu üçün biz 4 otaqlı mənzillə təmin olunmuşuq. Ölkə rəhbərinə minnətdarlığımızı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onu da deyim ki, dünyaya göz açdığımız doğma yurdumuz üçün çox darıxırıq. Ümid edirik ki, dövlət başçısı cənab İlham Əliyevin torpaqlarımızın işğalçılardan azad edilməsi istiqamətində atdığı addımlar yaxın vaxtlarda öz nəticəsini verəcək, 24 il əvvəl məcburiyyət qarşısında tərk etdiyimiz doğma yurd yerlərimizə qayıdacağıq.
Məhruqə MAHMUDOVA,
Xocalı rayonundan olan məcburi köçkün
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!