Alternative content

19:46 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsildən-nəslə ötürülən xəzinə...
Nəsildən-nəslə ötürülən xəzinə...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 15.05.2016

 

Lənkəran rayonunun sakini Zöhrab Nuriyev qədim dulusçuluq sənətini  yaşadanlardan biridir. Onların ailəsində bu sənət nəsil-nəsil atadan oğula, oğuldan nəvəyə bir xəzinə tək ötürülür.

Həmyerliləri deyirlər ki, Zöhrabın əlləri qızıldır. Gildən nələr düzəltmir ki... Nehrə, sərnic, səhəng, müxtəlif həcmli məişət qabları...

Xalq sənəti nümunələrini sevənlər bu əşyaları həvəslə alırlar. Mahir dulusçunun işləri sərgilərdə də nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyi Zöhrab Nuriyevin fəaliyyətini dəyərləndirərək onu fəxri fərmanla təltif edib.

 

Əlipaşa QULİYEV