Alternative content

09:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətənpərvərlik missiyası
Vətənpərvərlik missiyası
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 15.05.2016

 

Qubadlı 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal edildikdən sonra  Sumqayıta pənah gətirmişik. İlk illərdə qarşılaşdığımız çətinlikləri saymaqla qurtarmaq olmazdı. Zaman keçdikcə, ölkəmiz inkişaf etdikcə problemlər yavaş-yavaş aradan qaldırıldı. Həmin dövrdən bizi 24 ilə yaxın bir vaxt ayırsa da, bəzən adama elə gəlir ki, bütün bunlar dünən olub. Nə qədər aralı düşsək də, elimiz, kəndimiz, camaatımızla bağlı adət-ənənələrimizi, vərdişlərimizi yaşatmağa çalışırıq. Bu, həm dərdimizi yüngülləşdirir, həm də yeni nəslin ata-baba yurduna sevgi, mənəvi bağlılıq üzərində tərbiyə almalarını təmin edir. Doğrudur, bu heç də asan başa gəlmir. Qaçqınlıq şəraitində bu daha çətindir. Amma cəhd edirik, yollar arayırıq. Belə təşəbbüslərdən biri də rayon icra hakimiyyətinin inzibati binasında Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasıdır. Vaxtaşırı nəvələrimi  götürüb bu muzeyə gedirəm.

Qubadlının tarixini özündə yaşadan bütün eksponatlar bizim üçün çox əzizdir. Bu tarixi öyrənmək və sonrakı nəsillərə ötürmək hər bir qubadlılının mənəvi borcudur. Çox zaman buradakı xananın arxasında oturub ötüb keçənləri xatırlayıram...

Bizi sevindirən bir hal da ondan ibarətdir ki, tarix-diyarşünaslıq muzeyi istifadəyə veriləndən bəri, demək olar ki, hər ay rayon məktəbliləri buranı ziyarət edirlər. Bəzən tarix dərsləri də burada keçirilir. 

Sovet dönəmində iki çağırış deputat olmuşam. Amma vətənpərvərliyin bu qədər təbliğ olunduğunu görməmişəm. Bu gün Azərbaycan bayrağı təkcə meydanlarda deyil, evlərdə də dalğalanır. Torpaqlarımızın işğal altında olduğu indiki vaxtda tariximizin və yurd yerlərimizin unudulmaması bizim ən vacib vətənpərvərlik missiyamızdır.

 

Solmaz HÜSEYNOVA,

Qubadlı