14 May 2016 02:05
858
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 190

 

№ 190                                    Bakı şəhəri, 11 may 2016-cı il

 

“Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri”nin təsdiq edilməsi barədə

 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının 6-cı hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il11 may tarixli 190nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri

Sıra

№-si

Xidmətin adı

Ölçü
vahidi

Tarif, manatla (ƏDV daxil olmaqla)

 

Radiotezliklərin ayrılması, qeydiyyatı və istismar tarifləri 

1.

Aşağı, orta, yüksək dalğa diapazonlarında işləyən radioyayım vericilərində gücündən asılı olaraq, hər bir tezlik kanalı üçün illik ödəniş 

1.1.

10,0 kVt-a qədər, 10,0 kVt daxil olmaqla

ədəd

500

1.2.

10 kVt-dan 50 kVt-a qədər, 50 kVt daxil olmaqla

ədəd

600

1.3.

50 kVt-dan yuxarı

ədəd

700

2.

Aşağı, orta, yüksək dalğa diapazonunda işləyən radioyayım vericilərində gücündən asılı olaraq, hər bir tezlik kanalı üçün birdəfəlik ödəniş 

2.1.

10,0 kVt-a qədər, 10,0 kVt daxil olmaqla

ədəd

400

2.2.

10 kVt-dan 50 kVt-a qədər, 50 kVt daxil olmaqla

ədəd

700

2.3.

50,0 kVt-dan yuxarı

ədəd

1400

3.

FM diapazonunda işləyən radioyayım vericilərində gücündən asılı olaraq, hər bir tezlik kanalı üçün illik ödəniş

3.1.

1 kVt-a qədər, 1 kVt daxil olmaqla

ədəd

400

3.2.

1 kVt-dan 3 kVt-a qədər, 3 kVt daxil olmaqla

ədəd

560

3.3.

3 kVt-dan yuxarı

ədəd

1160

4.

FM diapazonunda işləyən radioyayım vericilərində gücündən asılı olaraq, hər bir tezlik kanalı üçün birdəfəlik ödəniş

4.1.

 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

ədəd

2800

4.2.

1,0 kVt-dan  3,0 kVt-a qədər, 3,0 kVt daxil olmaqla

ədəd

4200

4.3.

3,0 kVt-dan yuxarı 

ədəd

5000

5.

Televiziya vericisində gücündən asılı olaraq, hər bir 8 MHs-lik tezlik kanalı üçün illik ödəniş

5.1.

100 Vt-a qədər, 100 Vt daxil olmaqla

ədəd

300

5.2.

100  Vt-dan 500 Vt-a qədər, 500 Vt daxil olmaqla

ədəd

350

 

 

5.3.

500 Vt-dan  1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

ədəd

400

5.4.

1kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla

ədəd

1000

5.5.

5 kVt-dan yuxarı

ədəd

1400

6.

Televiziya vericisində gücündən asılı olaraq, hər bir 8 MHs-lik tezlik kanalı üçün birdəfəlik ödəniş

6.1.

100 Vt-a qədər, 100 Vt daxil olmaqla 

ədəd

1400

6.2.

100 Vt-dan 500 Vt-a qədər, 500 Vt daxil olmaqla  

ədəd

1600

6.3.

500 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla 

ədəd

1800

6.4.

1,0 kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla  

ədəd

2600

6.5.

5,0 kVt-dan yuxarı

ədəd

3000

 

Qeyd. Dövlət əhəmiyyətli tədbirləri həyata keçirən qurumlar, müəssisələr və təşkilatlar üçün Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə radiotezliklərdən istifadə ödənişsiz aparıla bilər.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video