Alternative content

10:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
01:05 14.05.2016

 

Qərar № 5/18

 

Siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar münasibətlərin daha təkmil tənzimlənməsi məqsədilə “Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a bəzi dəyişikliklərin edilməsi zərurəti yarandığından, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin edilməsi,  rəsmi dərci və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara  alır:

1.         Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 may 2015-ci il tarixli 9/79 saylı Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1.      2.3-cü bəndə “Hesabatlar Mərkəzi Seçki Komissiyasına daxil olduqdan sonra 1 iş günü müddətində elektron bazada yerləşdirilməklə ictimailəşdirilir” məzmunda 2.3.1-ci yarımbənd əlavə edilsin.

1.2.      2.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Hər bir maliyyə hesabatı barədə yoxlamanı həyata keçirən qurum tərəfindən rəy verilir, qanunvericiliyin tələblərinə uyğunlaşdırma ilə əlaqədar mümkün tədbirlər görüldükən sonra siyasi partiyanın real maliyyə fəaliyyətini tam görməyə imkan verən məlumatlar da bazaya əlavə edilir.”

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                            Məzahir Pənahov

Katib                           Arifə Muxtarova

Katib                           Mikayıl Rəhimov

 

13.05.2016