Alternative content

15:58 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 183
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 183
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:05 07.05.2016

 

N  183                                    Bakı şəhəri, 3 may 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 11 avqust tarixli 242 nömrəli Fərmanının 1.2-ci bəndinin və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N  1, maddə 55, N  4, maddə 378, N  10, maddə 980; 2006, N  2, maddə 180, N  4, maddə 367, N  7, maddə 652; 2007, N  6, maddə 700, N  7, maddə 743, N 12, maddə 1355; 2008, N  4, maddə 325, N  7, maddələr 672, 687, N  11, maddə 1036; 2009, N 1, maddə 25, N  4, maddə 291, N  9, maddələr 742, 744, N  12, maddə 1071; 2010, N 4, maddə 356, N  7, maddə 706, N  12, maddələr 1113, 1114; 2011, N  1, maddə 68, N 4, maddə 374, N 8, maddə 775; 2012, N 1, maddə 38, N 7, maddə 780, N 9, maddə 936, N 10, maddə 1019; 2013, N 7, maddə 872, N 11, maddə 1459; 2014, N 4, maddə 457; 2015, N  3, maddə 329) ləğv edilsin (6-cı və 7-ci hissələri istisna olmaqla).

2. “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N  9, maddə 916; 2008, N  2, maddə 138, N  6, maddə 586; 2010, N  7, maddə 704) ləğv edilsin.

3. “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N  2, maddə 137) ləğv edilsin.

4. “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N  6, maddə 387; 2002, N  7, maddə 448; 2006, N  2, maddə 203, N  8, maddə 731, N  12, maddə 1161; 2008, N  6, maddələr 584, 586; 2009, N  10, maddə 846; 2010, N  6, maddə 566) 1-ci hissəsi ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri