Alternative content

05:32 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 184
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 184
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:05 07.05.2016

 

N  184                                    Bakı şəhəri, 3 may 2016-cı il

 

“Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N  3, maddə 318) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına “təsdiq” sözündən əvvəl “, habelə “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsinin” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi təsdiq edilsin (4 nömrəli əlavə).”.

2. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 3 may tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

4 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

 

Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket Application formtoobtain a visain theterri tory of the Republic of Azerbaijan

 

1. Soyad (pasportda olduğu kimi) / Surname (as inpassport)

 

 

2. Ad (pasportda olduğu kimi) / Name (as inpassport)

 

 

3. Cins / Sex

 


       kişi / male

 

       qadın / female

 

4. Doğum tarixi (gün, ay, il) /

Date of birth (day, month, year)

 

 

5. Doğum yeri (şəhər, ölkə) / Place of birth (city, country)

 

 

6. Vətəndaşlıq / Citizenship

 

 

7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) / Hasyourcitizenshipbeenchanged? (ifyes, when and yourpreviouscitizenship)

 

8. Pasportun seriyası və nömrəsi / Number of passport

 

 

 

9. Azərbaycan Respublikasında qalma müddəti (gün) / Duration of stayintheRepublic of Azerbaijan (days)

 

 

10. Səfərin məqsədi / Purpose of visit

 

11. Qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi /

Fullname, address and phonenumber of thereceivingparty(juridicalorphysicalperson)

 

 

 

12. Mən təsdiq edirəm ki, ərizə-anketdə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. /

I certifythat I haveread and understoodallthequestionsinthisapplication and correctlyrespondedtoall of them. I understandthatanyfalseormisinformation may resultintherefusal of visa.

 

İmza və tarix /

Signature and date


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM