Alternative content

14:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 177
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 177
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:05 06.05.2016

 

N 177                                     Bakı şəhəri, 29 aprel 2016-cı il

 

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 741 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 avqust tarixli 169 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 8, maddə 552; 1999, N 9, maddə 559; 2003, N 9, maddə 531) 3-cü hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 8, maddə 535) ilə təsdiq edilmiş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi”nin 17-ci hissəsində və “Qeyd”inin 1-ci və 3-cü hissələrində ismin müvafiq hallarında “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr 463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə 994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr 1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə 936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr 736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə 66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə 1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə 201, N 5, maddə 557, N 6, maddələr 745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr 328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə 1412; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 68 nömrəli qərarı) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “İcra hakimiyyəti orqanları” bölməsinin qırx ikinci sətri ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 861, N 9, maddə 923, N 10, maddə 1021, N 12, maddə 1331; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 150, N 4, maddələr 282, 293, N 8, maddələr 674, 675, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr 146, 161, N 11, maddə 1040; 2011, N 1, maddə 54, N 5, maddə 447, N 9, maddə 855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə 1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1, maddə 73, N 8, maddələr 1015, 1038, N 10, maddə 1219; 2014, N 1, maddə 69, N 3, maddə 312, N 6, maddə 736, N 7, maddə 918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 612, N 6, maddə 799, N 11, maddə 1413; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 fevral tarixli 39 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 34-cü hissəsi ləğv edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153, N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr 146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1, maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N 5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə 1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1, maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə 800, N 11, maddə 1414; 2016, N 1, maddə 171; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 fevral tarixli 40 nömrəli və 25 fevral tarixli 87 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin Aparatı” və “Satınalmalar üzrə Dövlət Agentliyinin Aparatı” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 7, maddə 747; 2012, N 8, maddələr 827, 830; 2013, N 3, maddə 347, N 7, maddə 886, N 8, maddə 1017, N 10, maddə 1218; 2014, N 1, maddələr 51, 69, N 2, maddə 201, N 4, maddə 441, N 5, maddələr 572, 594, N 6, maddə 747, N 8, maddə 1015, N 12, maddələr 1658, 1666; 2015, N 2, maddə 227, N 11, maddə 1417) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 29-cu sətir ləğv edilsin;

6.2. 35-ci sətirdə “cəmi” və “aparat üzrə” sütunlarında “13” rəqəmi “15” rəqəmi ilə, “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri