Alternative content

01:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 180
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 180
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:05 06.05.2016

 

N 180                              Bakı şəhəri, 29 aprel 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 5, maddə 452; 2012, N 2, maddə 184; 2013, N 6, maddə 744; 2014, N 1, maddə 69) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənd üzrə:
1.1. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;”;
1.2. dördüncü-yeddinci abzaslar aşağıdakı redaksiyada verilsin:
“qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);
məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;”.
1.3. aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:
“tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.”.
2. 1.3-cü bəndin dördüncü və beşinci abzaslarına “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
3. 1.4-cü bəndin ikinci abzasına “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
4. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:
“Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.”.
5. 2.1-ci bənd üzrə:
5.1. birinci cümlədə “texniki şərt” sözləri “texniki şərtlər” sözləri ilə əvəz edilsin;
5.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.
6. 2.2-ci bənd üzrə:
6.1. “, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən” sözləri çıxarılsın;
6.2. aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:
“İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.”.
7. 2.3-cü bəndin birinci cümləsinə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin və həmin cümlədən “qəbul komissiyası tərəfindən” sözləri çıxarılsın.
8. 2.4-cü bəndin birinci cümləsinə “sənaye” sözündən sonra “qaz” sözü, “icazə” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin, ikinci cümləsində “İcazənin” sözü “Xüsusi icazənin” sözləri ilə əvəz edilsin.
9. 2.6-cı bəndə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
10. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.”.
11. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.8. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.”.
12. Aşağıdakı məzmunda 2.9-2.12-ci bəndlər əlavə edilsin:
“2.9. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır.
2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.”.
13. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır.”.
14. 3.2.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.11-3.2.13-cü yarımbəndlər əlavə edilsin:
“3.2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən bu Qaydaların 2.7-2.10-cu bəndlərinə uyğun olaraq, qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsinə imkan yaratmalı;
3.2.12. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalı;
3.2.13. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra - SMPDK) müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən məişət qaz qurğusundan istifadə etməli.”.
15. 3.3-cü bəndə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
16. 3.5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.5.1. qaz avadanlıqlarını istismar edən müvafiq texniki heyət tərəfindən qaz qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini və qazdan təhlükəsiz istifadənin təbliğatını təmin etməli, habelə zirzəmilərin, texniki anbarların və birinci mərtəbələrin ərazisində hava-qaz qatışığının yoxlanılması üçün qaz paylayıcısına şərait yaratmalı;”.
17. 3.5.5-ci yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
18. 4.1-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK)” sözləri “SMPDK” abreviaturası ilə əvəz edilsin.
19. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.”.
20. 4.6-cı bəndə “paylayıcısının” sözündən sonra “sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən” sözləri əlavə edilsin.
21. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”.
22. 4.10-cu bəndə “Sənaye” sözündən sonra “qaz” sözü və “bu Qaydaların” sözlərindən sonra “4.2-ci bəndinin” sözləri əlavə edilsin.
23. 6.1.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “SMPDK” abreviaturası ilə əvəz edilsin.
24. Aşağıdakı məzmunda 6.1.5-1-ci və 6.1.5-2-ci yarımbəndlər əlavə edilsin:
“6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;”.
25. Qaydalara 2 nömrəli əlavə - “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” üzrə:
25.1. adı aşağıdakı redaksiyada verilsin:
“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”;
25.2. 2.1.1-ci yarımbəndə “keyfiyyət göstəriciləri” sözlərindən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilsin və həmin yarımbənddən “(DÜST-5542-87)” sözləri çıxarılsın;
25.3. 2.1.3-cü, 2.1.13-cü, 2.2.1-ci və 2.4.5-ci yarımbəndlər ləğv edilsin;
25.4. 2.1.11-ci yarımbənddə “ödənişsiz qaydada” sözləri “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
25.5. 2.2.6.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;
25.6. aşağıdakı məzmunda 2.2.6.5-1-ci və 2.2.6.5-2-ci yarımbəndlər əlavə edilsin:
“2.2.6.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
2.2.6.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında;”;
25.7. 2.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.5. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;”;
25.8. aşağıdakı məzmunda 2.3.5-1-ci yarımbənd əlavə edilsin:
“2.3.5-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq;”;
25.9. 2.4.4-cü yarımbənd üzrə:
25.9.1. “Paylayıcıdan,” sözü çıxarılsın;
25.9.2. “tapşırıq sənədinin surətini” sözləri “obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini” sözləri ilə əvəz edilsin.
26. Qaydalara 3 nömrəli əlavə - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” üzrə:
26.1. adı aşağıdakı redaksiyada verilsin:
“Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”:
26.2. 2.1.1-ci yarımbənd üzrə:
26.2.1. “keyfiyyət göstəriciləri” sözlərindən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilsin;
26.2.2. “(DÜST-5542-87)” sözləri çıxarılsın;
26.3. 2.1.4-cü, 2.1.15-ci, 2.2.1-ci və 2.4.6-cı yarımbəndlər ləğv edilsin;
26.4. 2.1.13-cü yarımbənddə “ödənişli qaydada” sözləri “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
26.5. 2.2.7.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;
26.6. aşağıdakı məzmunda 2.2.7.5-1-ci və 2.2.7.5-2-ci yarımbəndlər əlavə edilsin:
“2.2.7.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
2.2.7.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında;”;
26.7. 2.3.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.6. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;”;
26.8. aşağıdakı məzmunda 2.3.6-1-ci yarımbənd əlavə edilsin:
“2.3.6-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq;”;
26.9. 2.4.5-ci yarımbənd üzrə:
26.9.1. “Paylayıcıdan,” sözü çıxarılsın;
26.9.2. “tapşırıq sənədinin surətini” sözləri “obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri