Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:53 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 172
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 172
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:05 05.05.2016

 

N 172                                     Bakı şəhəri, 26 aprel 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 1730 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 9, maddə 560; 2000, N 8 (III kitab), maddə 646, N 10, maddə 765; 2001, N 1, maddə 70, N 7, maddə 512; 2002, N 11, maddə 675; 2005, N 1, maddə 49, N 6, maddələr 555, 558; 2006, N 4, maddə 370; 2007, N 12, maddə 1336; 2008, N 6, maddə 586; 2010,

N 6, maddə 566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin dördüncü və altıncı abzaslarında “balıq ovlayan” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirən” sözləri ilə əvəz edilsin.

2. 10-cu hissənin ikinci abzasında “balıq ovlayanlara” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərə” sözləri ilə əvəz edilsin.

3. 18-ci hissədə “Balıq ovlayanlara” sözləri “Balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərə” sözləri ilə əvəz edilsin.

4. 46-cı hissənin beşinci abzasında “balıq ovlayanlar” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirənlər” sözləri ilə, altıncı abzasında “balıq ovlayanların” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərin” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM