Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:52 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 149
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 149
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:05 03.05.2016

 

N 149                                     Bakı şəhəri, 7 aprel 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 709 nömrəli Fərmanının 9.2-ci bəndinin, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının 3.5-ci bəndinin və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N9, maddə 745; 2010, N11, maddə 1041, N12, maddə 1125; 2011, N4, maddə 372; 2013, N8, maddə 1025, N12, maddə 1629; 2014, N7, maddə 945, N8, maddə 1014; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 11 nömrəli və  18 fevral tarixli 65 nömrəli qərarları) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə ikinci halda “sonra” sözündən sonra “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi (bundan sonra - müvafiq qurumlar), Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri əlavə  edilsin.

2. 4.3-cü bəndin birinci cümləsinə “baxımından”, ikinci cümləsinə “əsasında”, 4.10-cu bəndə birinci halda “cədvəlləri” və 6.4-cü bəndin ikinci cümləsinə “qaydaları” sözlərindən sonra “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri əlavə  edilsin.

3. 4.32-ci və 9.3-cü bəndlər ləğv edilsin.

4. 13.2-ci bəndə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri əlavə edilsin.

 5. 13.2.5-ci yarımbəndə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumların, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri əlavə edilsin.

 6. 16.1-ci bənddə “nəzarət bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tərəfindən” sözləri “nəzarət bu Qaydalara uyğun olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri çərçivəsində” sözləri ilə əvəz edilsin.

7. Həmin Qaydalara 3 və 4 nömrəli əlavələr ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM