Alternative content

15:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 155
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 155
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:05 03.05.2016

 

N 155                         Bakı şəhəri, 15 aprel 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N3, maddə 196; 2001, N10, maddə 663; 2003, N6, maddə 342; 2005, N4, maddə 386; 2006, N5, maddə 463, N9, maddə 822; 2008, N2, maddə 125, N8, maddə 782; 2011, N5, maddə 455; 2012, N5, maddə 487, N7, maddə 776, N9, maddə 921; 2013, N6, maddə 575, N8, maddə 1021, N11, maddə 1462; 2015, N4, maddələr 463, 467; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 fevral tarixli 44 nömrəli qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndinin 3-cü yarımbəndindən, 4.6-cı bəndinin ikinci abzasından, 4.8-ci bəndinin ikinci cümləsindən və 7.2-ci bəndindən “təminatlı” sözü çıxarılsın. 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri