Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:55 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:04 30.04.2016

 

Qərar № 3/10

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndinə uyğun olaraq seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Nəzarət-təftiş xidməti yaradılır.

Nəzarət-təftiş xidmətinin tərkibinə Mərkəzi Seçki Komissiyası üzvlərindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının və s. orqanların mütəxəssisləri daxil edilməli və Nəzarət-təftiş xidmətinin rəhbəri xidmətin tərkibinə daxil edilmiş komissiya üzvləri sırasından təyin edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 97.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.1-ci, 1.2-ci,1.3-cü və 1.4-cü bəndlərinə əsasən qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin tərkibi aşağıdakı kimi formalaşdırılsın:

Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri;

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi;

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi;

Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi.

 

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

29.04.2016


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM