Alternative content

02:15 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
12:04 17.04.2016

Qərar № 2/5

 

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin  edilmişdir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim Planının təsdiq edilməsi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin    19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 145.1-ci maddələrinə uyğun olaraq qərara alır:

1. “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilsin.

2. Təqvim Planı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

 

16.04.2016