17 Aprel 2016 12:04
1139
Oxucu məktubları
A- A+

Qəhrəmanlar unudulmur

Lerik şəhərinin girəcəyində bir bina var. Ötən əsrin əllinci illərində tikilib. Burada çox ailələr yaşayıb. Onlardan biri də Əbdülhüseyn Abdullayevin ailəsi olub. Sadə, mehriban, qayğıkeş Əbdülhüseyn kişi ömür-gün yoldaşı Şüşəbəyim xanımla dörd oğlan, üç qız övladı böyüdüblər. Övladlar ali təhsil alib, hərəsi bir sənətə yiyələnib.

 Sonbeşik Rövşən 1969-cu il yanvar ayının 16-da dünyaya gəlmişdi. Lerik şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1987-ci ildə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Siyasi Məktəbə daxil olmuşdu. O, 1991-ci ildə bu ali hərbi məktəbi bitirdikdən sonra vətənə dönüb Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətə başladı.

Ölkədə vəziyyət gərgin idi: erməni qəsbkarları torpaqlarımızı işğal etməyə başlamışdılar. Rövşəni taqım komandiri kimi 70 nəfər əsgərlə Zəngilana göndərdilər. Əsgərlər gənc leytenantın əmrini yerinə yetirir, düşməni irəliləməyə qoymurdular, ancaq qüvvələr bərabər deyildi...

1992-ci ilin sentyabrında düşmən Zəngilanın Qazançı kəndinə hücuma keçəndə Rövşən Abdullayev döyüşçüləri ilə kəndi müdafiə etməyə çalışır. Gənc leytenant düşmənin ağır texnika və böyük qüvvə ilə hücuma keçdiyini görüb əsgərlərə yaxınlıqdakı meşəyə çəkilmək əmri verir, yoldaşlarını xilas etmək qərarına gəlir. Bunu təmin etmək üçün atəşi üzərinə çəkir, fasiləsiz cavab atəşi ilə əsgərlərinin uzaqlaşmasına imkan yaradır. Bu zaman düşmən gülləsinə tuş gəlir. Əsgərlər fədakar komandirlərinin yaralandığını görüb onu güllə altından çıxarmağa müvəffəq olurlar. Ancaq çoxlu qan itirdiyinə görə həkimlər onun həyatını xilas edə bilmirlər.

Rövşənin şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib: Prezidentin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayon mərkəzində büstü ucaldılıb. Lerik rayon Mədəniyyət evinə qəhrəmanın adı verilib.

Rövşən Abdullayev kimi igid oğullarımız heç vaxt unudulmur. Belə qəhrəmanların örnəyində onların yüzlərlə davamçıları yetişir. Aprel ayının əvvəlində cəbhə bölgəsində düşmənlə savaşda igidlik göstərən Azərbaycan oğulları bunu bir daha sübut etdilər.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik rayonu 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video