Alternative content

01:32 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mobil rabitə operatorları həm cibimizə girir, həm də cibimizi tikir...
Mobil rabitə operatorları həm cibimizə girir, həm də cibimizi tikir...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

  

Təxminən 10 il bundan qabaq yeni kəşf edilən internet texnologiyalarının mobil  rabitə-telefon  xidmətlərində tətbiqi sayəsində danışıq qiymətlərinin dəfələrlə, hətta on dəfədən də artıq ucuzlaşacağı haqqında xəbər bütün dünyanı dolaşdı. O zaman gələcək çox uzaqda görünsə də, vaxt çox tez gəlib keçdi. İndi bu internet texnologiyaları nəinki mobil rabitə sistemlərində tətbiq olunub, təkmilləşdirilib telekommunikasiya sistemlərini də əhatə edib.

Amma telefon danışıq tarifləri heç də ümid edildiyi qədər azalmayıb. Hərçənd,   İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də digər hökumət orqanları  mobil telefon operatorlarına tariflərə yenidən baxmalarını, qiymətləri endirməyi dəfələrlə təklif edib. Hətta bəzi hallarda bu, tələbə çevrilib. Mobil operatorlar bu israrın qarşısında tədbirlər görməyə başlayıb və bir sıra hallarda tarifləri aşağı saldıqlarını elan ediblər. İlk baxışda da, bu, belə görünür. Bəli, ucuzlaşma var. Amma heç də təqdim edildiyi və arzu olunduğu səviyyədə deyil. Bəzi hallarda dəyişiklik formal xarakter daşıyıb.

Əvvəla qeyd edək ki, neçə vaxtdır balans konturla deyil, real pul vahidi ilə hesablanır. Bununla belə,  qoyulan xidmət şərtləri tarif qiymətini elan olunandan fərqli edir. Abonentlə dəqiqəyə görə müəyyənləşdirilmiş qiymət üzrə deyil, operatorun hesab “model”inə əsasən “haqq-hesab” çəkilir. Məsələn,   qoşulma paketində şəbəkədaxili və şəbəkəxarici zənglər çox cəlbedici tariflərlə təklif olunur: 1 dəqiqə üçün müvafiq olaraq 4 və 6 qəpik.  Reklam və elanlarda bu tariflər xüsusi olaraq qabardılsa da, hesablama intervalı üzərindən sükutla keçilir. Halbuki operatorlar  hesablama intervalını əksər paketlər üzrə 1 dəqiqə və ya 30 saniyə götürürlər. İstifadəçi  3-5, 10, 20 saniyə, yəni qısa danışarsa, eləcə də danışıq vaxtı hər dəqiqəni keçdikdən sonra  hər  növbəti saniyə istənilən halda dəqiqə olaraq hesablanacaq. Deməli, bu hesab modeli ilə qısa, tutalım, 10 saniyəlik danışıqların bir dəqiqəsi abonentə  əslində 6 dəqiqə qiymətinə başa gələcək. Başqa sözlə,  24 və ya 32 qəpiyə!  İndi bunun harası oldu ucuzlaşma?  Doğrudur, daha çox danışıq vaxtında bu rəqəm kiçilir. Amma daha az vaxtlı danışıqlarda əksinə, yüksəlir. Bu, ədalətsiz üsuldur.

Mağazada bir kilosu 10 manata olan ərzağın 100 qramını alan müştəridən  bir kilonun pulunu istəmək və məcburən almaq nə dərəcədə  qəribə  görünərsə, rabitə operatorlarının  bu tələbi də  eyni mahiyyətdədir. Amma bu, reallıqdır və faktiki olaraq müştərilərin - abonentlərin dolayı yolla aldadılmasıdır. Özü də bu aldatma, demək olar ki, hər danışıqda “işləyir” - çünki danışığı düz dəqiqə və ya növbəti  dəqiqələr tamamında yekunlaşdırmaq  mümkün deyil.

İkinci məqam isə balansdan istifadə müddəti ilə bağlıdır. Axı niyə abonent öz balansından, faktiki olaraq öz maddi vəsaitindən istifadə hüququndan  məhrum olunmalı, müəyyən  vaxt müddətində əlavə xərcə vadar edilməlidir? Operator şirkətlərin dövri gəlirlərini sabit tutmaq üçün düşündükləri bu üsul da ədalətli sayıla bilməz. Ən azı ona görə ki, abonentin  telefonunun balansına vurduğu pul o andaca bütünlüklə operator şirkətin  sərəncamına keçir: müştəri telefonundan, bu balansdan istifadə etsə də, etməsə də.  Belə olan təqdirdə müştəri niyə öz vəsaitindən istədiyi kimi, lüzum duyduğu zaman istifadə hüququndan məhrum edilməlidir? Hesab edirik ki, bu məsələyə yenidən baxılmalıdır.

 

E.ELDAROĞLU,

Bakı