Alternative content

11:54 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oğullarımızla çiyin-çiyinə döyüşmək istəyirəm
Oğullarımızla çiyin-çiyinə döyüşmək istəyirəm
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

 

İki oğlum - Elnur və Şahin Manafovlar əsgərdirlər. Hazırda ön cəbhədə, düşmənlə üzbəüz səngərdədirlər. Onlarla, ümumiyyətlə, Azərbaycan Ordusu, mərd əsgərlərimizlə fəxr edirəm!

Vətənin belə taleyüklü günlərində biz atalar kənarda qala bilmərik! Bu, heç mümkün də deyil! Biz də bu Vətənin övladlarıyıq. Bizim də dövlət, millət qarşısında borcumuz var. Hərbi xidmət dövründə əlaçı atıcı olmuşam. O vaxtdan onillər keçib. Amma xatirimdədir: vaxtaşırı klubda “Əsgər atası” filmi nümayiş olunurdu. Kinoya baxdıqca xəyalən o müharibədə savaşırdıq...

Əsgər kimi müstəqil Azərbaycan dövlətinin ordusunda xidmət etmək bəxtimizə  düşməsə də, əsgər atası kimi qulluq etmək qismətimiz ola bilər. Döyüşdə oğlanlarımdan, əsgərlərdən geri qalmaram. Cəbhənin ən ağır nöqtələrində savaşa getməyi düşünürəm. Torpaqlarımızın bütövlüyü uğrunda aparılan döyüşlərdə oğullarımızla çiyin-çiyinə durmaq istəyirəm.

 

Aydəmir MANAFOV,

Quba rayonu