Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:11 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müraciətimizə biganə qalmadılar
Müraciətimizə biganə qalmadılar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

Kəlbəcər işğal olunduqdan sonra əhalinin bir qismi Gəncəyə pənah gətirdi. Şəhərdəki humanitar kollecin yataqxanasında məskunlaşdıq. Sağ olsunlar, xeyirxah insanlar bizi məişət əşyaları, ərzaqla təmin etdilər.

Çox ağır günlər keçirdik. Ölkədəki sabitlik, iqtisadi yüksəliş təmin olunduqca güzəranımız da yaxşılaşmağa başladı. Sosial yardım aldıq. Çətin olsa da, bu yardımla ailəmizi dolandırdıq. Nəhayət, 2014-cü ildə köçkünlər üçün Gəncədə 1500 ailəlik qəsəbə salındı. Həmin qəsəbədəki binalardan birində mənə də mənzil verdilər. İndi ailəmlə hər bir şəraiti olan mənzildə yaşayırıq. Qəsəbədə mədəniyyət evi, poçt, məktəb, uşaq bağçası, polis məntəqəsi, musiqi məktəbi, tibb məntəqəsi, ümumiyyətlə, zəruri bütün infrastruktur və sosial obyektlər mövcuddur. Bütün bunlara görə dövlətimizə minnətdarıq.

Mənim bu məktubu yazmaqda başqa məqsədim var. Qəsəbəmizi təmiz və səliqəli saxlamaq üçün bütün məcburi köçkünlər əllərindən gələni əsirgəmirlər. Lakin məişət tullantılarının qəsəbəyə yaxın yerə atılması və onun orada yandırılması bizi çox narahat edirdi. Bu, həm ekologiyaya ziyan verirdi, həm də sanitar qaydaları baxımından məqbul deyildi: zərərli tüstü evlərə belə dolurdu. Bununla bağlı  Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etdik. Gəncə şəhər rəhbərliyi ilə aparılan danışıqlardan sonra məişət tullantılarının daşınıb atılması üçün başqa yer müəyyənləşdirildi. İndi evlərimizdə rahat yaşayırıq. Müraciətimizə biganə qalmayan təşkilatların rəhbərlərinə qəsəbədə məskunlaşan bütün köçkünlər adından minnətdarlıq edirəm.

 

Vahid HÜSEYNOV,

Gəncə, kəlbəcərli məcburi köçkün


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM