Müraciətimizə biganə qalmadılar
Kəlbəcər işğal olunduqdan sonra əhalinin bir qismi Gəncəyə pənah gətirdi. Şəhərdəki humanitar kollecin yataqxanasında məskunlaşdıq. Sağ olsunlar, xeyirxah insanlar bizi məişət əşyaları, ərzaqla təmin etdilər.
Çox ağır günlər keçirdik. Ölkədəki sabitlik, iqtisadi yüksəliş təmin olunduqca güzəranımız da yaxşılaşmağa başladı. Sosial yardım aldıq. Çətin olsa da, bu yardımla ailəmizi dolandırdıq. Nəhayət, 2014-cü ildə köçkünlər üçün Gəncədə 1500 ailəlik qəsəbə salındı. Həmin qəsəbədəki binalardan birində mənə də mənzil verdilər. İndi ailəmlə hər bir şəraiti olan mənzildə yaşayırıq. Qəsəbədə mədəniyyət evi, poçt, məktəb, uşaq bağçası, polis məntəqəsi, musiqi məktəbi, tibb məntəqəsi, ümumiyyətlə, zəruri bütün infrastruktur və sosial obyektlər mövcuddur. Bütün bunlara görə dövlətimizə minnətdarıq.
Mənim bu məktubu yazmaqda başqa məqsədim var. Qəsəbəmizi təmiz və səliqəli saxlamaq üçün bütün məcburi köçkünlər əllərindən gələni əsirgəmirlər. Lakin məişət tullantılarının qəsəbəyə yaxın yerə atılması və onun orada yandırılması bizi çox narahat edirdi. Bu, həm ekologiyaya ziyan verirdi, həm də sanitar qaydaları baxımından məqbul deyildi: zərərli tüstü evlərə belə dolurdu. Bununla bağlı Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etdik. Gəncə şəhər rəhbərliyi ilə aparılan danışıqlardan sonra məişət tullantılarının daşınıb atılması üçün başqa yer müəyyənləşdirildi. İndi evlərimizdə rahat yaşayırıq. Müraciətimizə biganə qalmayan təşkilatların rəhbərlərinə qəsəbədə məskunlaşan bütün köçkünlər adından minnətdarlıq edirəm.
Vahid HÜSEYNOV,
Gəncə, kəlbəcərli məcburi köçkün
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!