Kəndimizə mavi yanacaq verildi
Yaşadığım İkinci Biləcik kəndi Şəki rayon mərkəzindən xeyli aralıdadır, 1290 nəfər əhalisi var. Təsərrüfatların sayı isə 320-dir. Kəndə indiyə kimi təbii qazın verilməməsi məişətimizi çətinləşdirir, hər birimiz üçün narahatlıq yaradırdı. Narahatlıq doğuran başlıca məsələlərdən biri isə qaz olmadığı üçün məcburiyyət qarşısında odundan istifadə edilməsi idi. Bu istilik mənbəyinin əldə olunması isə qazla müqayisədə həm böyük maliyyə, həm də əlavə fiziki güc tələb edirdi.
Builki Novruz bizim üçün ikiqat bayrama çevrildi. Mart ayının 26-da kəndimizə ilk dəfə təbii qaz verildi. Bu, bütün sakinlərimizin böyük sevincinə səbəb oldu.
Kənddə 300 abonent mavi yanacaqla təmin edilib. Bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min metrdən çox müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər abonent xətti üzərində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə kənd sakinləri adından dövlət başçısına, o cümlədən də bu işlərdə əməyi keçən bütün insanlara minnətdarlığımı bildirirəm.
Etibar ASLANOV,
Şəki kənd ziyalısı, ağsaqqal
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!