Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biz dağbilicililər qayğıdan razıyıq
Biz dağbilicililər qayğıdan razıyıq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

Yaşadığımız Dağbilici kəndi Şabran rayon mərkəzindən 30 kilometrə yaxın məsafədə yerləşir. Füsunkar, səfalı yerdədir. Hələ sovet dönəmində kəndimizə çəkilməsi nəzərdə tutulan təbii qaz nədənsə müəyyən səbəblər baxımından unudulur, hər dəfə təxirə salınırdı. Buna görə də kənd sakinləri yaxınlıqdakı ağacları odun əldə etmək məqsədilə məcburən qırır, sobada yandırırdılar.

Nəhayət, ötən ilin sonlarında kəndimizə qaz çəkilişi yenidən aktuallaşdı. İşə başlanıldı və Novruz bayramı ərəfəsində evlərimizdə yanan mavi qaz bizi keçmişdə çəkdiyimiz əziyyətlərdən həmişəlik qurtardı. Novruz qoğalını, şəkərbura və paxlavasını bişirə-bişirə rifahımızın yüksəldilməsində xidməti olan hər kəsin ünvanına dualar etdik. Biz dağbilicililər xalqa göstərilən bu qayğıdan məmnunuq.

 

Rəna AĞASIYEVA,

Şabran


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM