Alternative content

19:57 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmrə müntəzir gözləyirik
Əmrə müntəzir gözləyirik
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar hər bir azərbaycanlının qanını coşdurub.  Yeni azad edilən, geri alınan zirvələr döyüşçülərimizin hərbi ruhunu artırıb. Bir neçə gün ərzində Azərbaycan əsgəri düşmənə öz gücünü göstərməklə yanaşı, dünyaya bu münaqişənin dondurulmadığını xatırlatdı. Rəşadətlə döyüşən ordumuzun hərbi hissələri düşmənə sarsıdıcı zərbələr endirdi. Bütün Azərbaycan yumruqtək birləşib orduya, əsgərə arxa, dayaq oldu!

Kimya sənayesi müəssisəsində çalışıram, mühəndisəm, həm də keçmiş hərbçiyəm. Böyük kollektivimiz var. Bu günlər hər kəsin qəlbi cəbhədə, əsgərlərimizin yanındadır. Əgər Ali Baş Komandan əmr verərsə, mən və  mənim kimi minlərlə insan cəbhəyə getməyə hazırdır.

Müharibə itkisiz, qurbansız olmur. Vətəni canlarından çox sevib uğrunda şəhid olan hər bir kəsin ruhu qarşısında baş əyirik. Onların qisasını almağa, torpaqlarımızı azad etməyə hər an hazırıq! Əmrə müntəzir gözləyirik! 

 

Həmid QULİYEV,

ehtiyatda olan hərbçi