14 Aprel 2016 01:04
1286
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 118

 

№ 118                                                Bakı şəhəri, 10 mart 2016-cı il

 

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların şamil edildiyi avtonəqliyyat vasitələri 2016-cı il 1 iyul tarixindən rəqəmsal taxoqraflarla təchiz edilsin.

3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, rəqəmsal taxoqrafların növlərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası”na uyğun rəqəmsal taxoqrafların ölçmə vasitəsi kimi tipinin təsdiq edilərək ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

4. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N12, maddə 1125; 2014, N7, maddə 947) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin qərarla təsdiq edilmiş “Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda”ya 1, 2, 3, 4 və 5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

4.2. həmin qərarla təsdiq edilmiş “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları”na 1 nömrəli əlavədə “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin” sözləri “Azərbaycan Respublikası qanunvericiliyinin” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il10 mart

tarixli 118nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair

QAYDALAR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 556-IIIQ nömrəli Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun hazırlan-mışdır.

1.2. Bu Qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin (bundan sonra - sürücü) iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların (bundan sonra - daşıyıcı), sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla (bundan sonra - taxoqraf) təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.

  1.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi ilə aşağıdakı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur:

1.3.1. sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası);

1.3.2. sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası);

1.3.3. yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası);

1.3.4. yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası).

1.4. Aşağıda göstərilən avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilmir:

1.4.1. şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri;

1.4.2. daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri;

1.4.3. icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri;

1.4.4. taksi minik avtomobilləri.

1.5. Bu Qaydaların 1.3-cü bəndində göstərilmiş sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi hüquqi şəxslərin və fərdi sahibkarların öz vəsaitləri hesabına həyata keçirilir.

1.6. Bu Qaydaların şamil edildiyi sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən yol hərəkəti qaydalarına və hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

1.7. Taxoqrafdan istifadə qaydaları, taxoqraf kartlarının sistemi, habelə taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş  müvafiq Qaydalara uyğun olaraq həyata keçirilir.

 

 

2. Sürücülərin iş vaxtı və onun uçotunun aparılması

 

2.1.  Sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir. İş (növbəlilik) cədvəli işəgötürən tərəfindən təsdiq edilir.

2.2. Gündəlik iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş müddətdə sürücünün əsas iş yerinə qayıda bilməsinin mümkünsüz olduğu daşımalarda avtomobil sürücüləri uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman bu Qaydaların tələblərini və avtomobilin hərəkət və dayanma müddətlərini nəzərə alır.

2.3. İş vaxtı ərzində sürücü öz əmək funksiyalarını əmək müqaviləsinin şərtlərinə, təşkilatın daxili intizam qaydalarına və iş (növbəlilik) cədvəlinə uyğun olaraq yerinə yetirməyə borcludur.

2.4. Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur. Bilavasitə iş yerinə gəlməklə və iş yerindən getməklə bağlı qeydiyyata sərf olunan vaxt iş vaxtına daxil edilmir.Ayrı-ayrı hallarda işin başlanma və bitmə vaxtı əsas iş yerindən kənarda müəyyən edilə bilər və bu barədə əvvəlki iş günü başa çatmamış sürücüyə məlumat verilməlidir. Şəhərlərarası (rayonlararası) daşımalar zamanı iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət vaxtının başa çatdığı an növbədəki sürücünün iş vaxtının başlanma anı sayılır, marşrutun aralıq və ya son məntəqəsində cədvəl üzrə istirahət vaxtının başlandığı an isə iş növbəsinin bitmə anı hesab olunur.

2.5. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır. 

2.6. Sürücünün iş vaxtı aşağıdakı dövrlərdən ibarətdir:

2.6.1. xəttə çıxmazdan əvvəl və xətdən geri qayıtdıqdan sonra hazırlıq və yekun işlərinin yerinə yetirilməsi üçün tələb edilən vaxt, şəhərlərarası (rayonlararası) daşımalarda isə geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün tələb edilən 20 dəqiqəlik vaxt;

2.6.2. sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün5 dəqiqəlik vaxt;

2.6.3. avtonəqliyyat vasitəsinin idarə olunduğu vaxt;

2.6.4. reysə iki sürücü göndərildiyi zaman sürücünün iş yerində olduğu, lakin avtonəqliyyat vasitəsini idarə etmədiyi vaxt;

2.6.5. yükvurma və yükboşaltma məntəqələrində, sərnişinlərin avtonəqliyyat vasitəsinə mindiyi və düşürüldüyü yerlərdə, xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin istifadə edildiyi yerlərdə dayanma müddəti;

2.6.6. sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddəti;

2.6.7. yolda avtonəqliyyat vasitəsinin idarə edilməsini dayandıraraq istirahət etmək və marşrutun son təyinat məntəqələrində dincəlmək üçün iş (növbəlilik) cədvəlində nəzərdə tutulmuş xüsusi fasilələrin müddəti;

2.6.8. xətdə iş zamanı avtonəqliyyat vasitəsinin istismarı zamanı yaranmış nasazlıqların aradan qaldırılması üçün görülən və mexanizmlərin sökülməsini tələb etməyən işlərin, habelə səyyar şəraitdə texniki yardım olmadan görülən tənzimləmə işlərinin müddəti;

2.6.9. mühafizə vəzifələri sürücü ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulubsa, şəhərlərarası (rayonlararası) daşımalar həyata keçirilərkən, marşrutun aralıq və sonuncu məntəqələrində yükün və avtomobilin mühafizə edildiyi müddət.

2.7. Reysə iki sürücü göndərilərkən, sürücünün iş yerində olduğu, amma avtomobili idarə etmədiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 50 faizdən az olmamaqla müəyyən edilir.

2.8. Yükün və avtonəqliyyat vasitəsinin mühafizə edildiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 30 faizdən az olmamaqlamüəyyən edilir.

2.9. Sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman hazırlıq və yekun işlərinə sərf olunan vaxtın qüvvədə olan normalarını, reysqabağı tibbi müayinənin müddətini, yolda qısa və uzunmüddətli istirahət vaxtını, yükvurma və yükboşaltmanın müddətini, daşıma məsafəsini və sürücülərin təyin olunmuş iş rejimini, yük avtomobillərinin yürüş məsafəsi üzrə normalarını nəzərə alır. Tapşırıqda (cədvəldə) müəyyən edilmiş müddət iş vaxtı hesab edilir.

2.10. İş vaxtından artıq vaxtda görülən işin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hər saatı üçün əməkhaqqı ödənilir. Azərbaycan Respublikasının əmək qanunvericiliyində, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş hallar istisna olmaqla, iş vaxtından artıq vaxtda işə cəlb olunmağa yalnız sürücünün razılığı ilə yol verilir.

2.11. Növbəli iş rejimi sürücülərin növbə ilə bir-birini əvəzləməsinin ardıcıllığını müəyyən edir və hər bir növbənin müddəti qanunvericiliklə müəyyən edilmiş gündəlik iş (növbə) müddətindən az olmamalıdır. Digər iş rejimləri (iş vaxtının hissələrə bölünməsi, sutkalıq növbələr) növbəli iş rejiminə aid edilmir. Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir.

2.12. Müəyyən edilmiş gündəlik və ya həftəlik iş vaxtına əməl olunması istehsalat (iş) şərtləri səbəbindən mümkünsüz olduğu və ya iqtisadi cəhətdən məqsədəuyğun olmadığı hallarda,  sürücülərin iş vaxtının cəmlənmiş uçotu aparılır.

2.13. İş vaxtının uçot dövrü işəgötürən tərəfindən müəyyən edilir və bu dövr bir təqvim ilindən artıq ola bilməz. Uçot dövrü təqvim dövrləri (ay, rüb) ilə və ya digər dövrlərlə müəyyən edilə bilər.

2.14. Sürücülər üçün uçot dövrü bir ay təşkil edən iş vaxtının cəmlənmiş qaydada uçotu tətbiq edilir. İş vaxtının cəmlənmiş qaydada uçotu işəgötürən tərəfindən müəyyən edilir.

2.15. İş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, sürücü gündəlik işin (növbənin) və iş həftəsinin müəyyən edilmiş müddətini bütövlükdə uçot dövrü ərzində işləyib başa vurur. Bu zaman iş növbəsi və ya iş həftəsi üçün planlaşdırılmış iş vaxtları bərabər olmaya bilər. Bütün hallarda uçot dövrü üçün iş (növbəlilik) cədvəli üzrə iş saatlarının cəmi həmin dövr üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hesablanan saatların normasından artıq olmamalıdır.

2.16. İş vaxtının cəmlənmiş uçotu aparılarkən, işəgötürənin sərəncamı ilə sürücünün iş gününün (iş növbəsinin) müddəti 10 saatdan artıq olmamaq şərtilə ayrı-ayrı hallarda (müntəzəm marşrut xətlərində sərnişinlərin daşınmasını həyata keçirən şəhərdaxili avtonəqliyyat vasitələrinin sürücüləri şəhərlərarası daşımanı həyata keçirərkən, onların istirahət etmək üçün müvafiq yerə gedə bilməsinə imkan yaratmaq zəruri olduğu hallarda) isə 12 saatdan artıq olmamaq şərtilə təyin edilə bilər və bu zaman uçot dövrü ərzindəki iş vaxtının müəyyən edilmiş normasına riayət edilməlidir. Ardıcıl iki təqvim günündən artıq müddətdə 12 saatlıq iş gününün (iş növbəsinin) müəyyən edilməsinə yol verilmir. Şəhərlərarası (rayonlararası) daşıma həyata keçirilərkən, sürücünün 12 saatdan artıq müddətdə avtomobildə olmasının nəzərdə tutulduğu hallarda reysə iki sürücü göndərilir.

2.17. İş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, sürücülərin iş vaxtı iş (növbəlilik) cədvəlləri ilə tənzimlənir. Bu zaman iş (növbəlilik) cədvəlləri bütün uçot dövrü üçün tərtib edilir və sürücünün həmin dövrə müəyyən edilmiş iş saatlarını işləməli olduğu nəzərə alınır. Cədvəllərdə gündəlik işin (növbənin) başlanma və bitmə anı və ümumi müddəti, istirahət və qidalanma üçün fasilə vaxtları, habelə növbələrarası və həftəlik istirahət üçün ayrılan vaxt müəyyən edilir. Sənaye, tikinti, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların texnoloji proseslərində daşımalarla məşğul olan sürücülər üçün iş (növbəlilik) cədvəlləri tərtib olunarkən, həmin cədvəllərin xidmətlərin göstərildiyi təşkilatların işçilərinin iş (növbəlilik) cədvəlləri ilə uzlaşması nəzərə alınır.

2.18. Sürücülər üçün hissələrə bölünmüş iş günü tətbiq edilə bilər. İş gününün ayrı-ayrı hissələri arasında istirahət və qidalanma üçün 4 saatdan çox olmamaq şərtilə 2 saatdan artıq bir fasilə, yaxud ümumi müddəti 4 saatdan çox olmamaq şərtilə iki və daha artıq fasilə verilə bilər. Bu zaman gün ərzində iş vaxtının ümumi müddəti iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş gündəlik iş vaxtının müddətindən artıq olmamalıdır. İş gününün hissələri arasındakı fasilələr iş vaxtına daxil edilmir. İş gününün iki hissəsi arasında fasilə avtomobilin dayanacağı yer qismində müəyyən edilən və sürücünün istirahəti üçün təchiz olunan yerdə verilir. İş gününün hissələrə bölünməsi məsələsi işəgötürən tərəfindənhəll edilir.

2.19. Sürücülərin iş vaxtının uçotu iş vaxtında istifadəyə dair qeydlərin aparıldığı uçot tabeli, habelə yol vərəqələri əsasında həyata keçirilir.

2.20. Növbələrarası boşdayanmaların müddəti 5 dəqiqədən başlayaraq nəzərə alınır. Sürücülərin boşdayanmalarının müddətinin uçotu boşdayanmalara dair qeydlərin aparıldığı vərəqələrin doldurulması ilə və ya müəyyən edilmiş formada hazırlanan yol vərəqəsində xüsusi qeydlərin yazılması ilə həyata keçirilir. Boşdayanma müddətində işçilərin digər işlərdə istifadə edilməsi müddəti boşdayanma vərəqəsinə daxil edilmir.  Ezamiyyə yerində sürücünün iş vaxtı onun iş yerində müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq nəzərə alınır. Ezamiyyə yerində iş daimi iş yerindəki iş (növbəlilik) cədvəlindən fərqli qaydada müəyyən edilibsə, avtomobil sürücüsünün iş vaxtı müəyyən edilərkən onun işlədiyi faktiki müddət nəzərə alınır və işlədiyi yerdən onun iş vaxtının uçot tabeli təqdim edilir.

 

3. Sürücülərin istirahət vaxtı

 

3.1. İş günü ərzində sürücülərə istirahət və qidalanma üçün 20 dəqiqədən az və 2 saatdan çox olmamaqla fasilə verilir. Sürücülər həmin fasilədən istədikləri kimi istifadə edə bilərlər. Fasilə iş vaxtına daxil edilmir.

3.2. İş (növbəlilik) cədvəlində gündəlik iş vaxtının (növbənin) müddəti 8 saatdan artıq müəyyən edildikdə, sürücüyə istirahət və qidalanma üçün ümumi müddəti 2 saatdan çox və 30 dəqiqədən az olmamaqla iki fasilə verilə bilər.

3.3. İstirahət və qidalanma üçün fasiləni işin başlanmasından 4 saat sonra vermək tövsiyə olunur.

3.4. İstirahətin verilmə vaxtı və konkret müddəti daxili intizam qaydaları və ya iş (növbəlilik) cədvəli ilə, yaxud da sürücü ilə işəgötürən arasındakı razılaşma ilə müəyyən edilir.

3.5. Avtonəqliyyat vasitəsini fasiləsiz olaraq 2 saat idarə etdikdən sonra sürücüyə 10 dəqiqəlik xüsusi texniki fasilə (onun müddəti iş vaxtına daxil edilir) verilir. İstirahət və qidalanma vaxtı başlamadığı təqdirdə, bu müddət avtomobilin 4 saat ərzində idarə olunmasından sonrakı fasiləyə əlavə oluna bilər.

3.6. İş (növbəlilik) cədvəlinə görə növbənin müddəti 8 saatdan çoxdursa, növbələrarası gündəlik istirahət müddətinin azaldılması həftəlik fasiləsiz istirahət müddətinin artırılması hesabına kompensasiya olunur.

3.7. İş vaxtının cəmlənmiş uçotu aparılan sürücülərin və ya hissələrə bölünmüş iş günü ilə işləyən sürücülərin ayrı-ayrı iş dövrlərində gündəlik (növbələrarası) istirahət müddəti sürücünün razılığı ilə işəgötürənin göstərişi əsasında 12 saatadək azaldıla bilər.

3.8. Şəhərlərarası daşımalarda iş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, marşrutun son və ya aralıq məntəqəsində  sürücünün gündəlik (növbələrarası) istirahət müddəti istirahətə qədərki iş növbəsinin müddətindən, avtomobilin ekipajı iki sürücüdən ibarət olduqda isə istirahətə qədərki iş növbəsinin müddətinin yarısından az ola bilməz və bu zaman gündəlik (növbələrarası) istirahət müddəti bilavasitə əsas iş yerinə qayıdışdan sonra müvafiq müddətədək artırılır.

3.9. Növbəli qaydada işləyən sürücülər və iş vaxtının cəmlənmiş uçotu aparılan sürücülər üçün istirahət günləri iş (növbəlilik) cədvəlinə uyğun olaraq həftənin müxtəlif günləri müəyyən edilə bilər. Bu zaman cari ayda həftəlik istirahət günlərinin sayı həmin aydakı tam iş həftələrinin sayından az olmamalıdır. Həmin günlərin sayı iş (növbəlilik) cədvəlində sürücünün işləməkdən azad olduğu günlərin ümumi sayı nəzərə alınmaqla hesablanır.

3.10. Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, daxili intizam qaydaları və ya iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət günündə sürücünün işə cəlb olunmasına yalnız onun razılığı ilə yol verilir. Hər bir sürücünün ildə 12 istirahət günündən çox olmamaqla göstərilən qaydada işə cəlb edilməsinə yol verilir.

3.11. Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda, sürücünün öz razılığı olmadan işə cəlb edildiyi istirahət günləri onun istirahət günlərinin ümumi sayına daxil edilmir.

3.12. İş vaxtının cəmlənmiş uçotu aparıldığı hallarda, şəhərlərarası daşımalarda həftəlik istirahət müddəti 42 saatdan artıq ola bilər, həmçinin 24 saatdan az olmamaqla qısaldıla da bilər.

3.13. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzngünündə yerinə yetirilən iş tərəflərin razılığı ilə başqa istirahət gününün verilməsi və ya Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəniş edilməsi yolu ilə kompensasiya oluna bilər. Şəhərlərarası daşımaları həyata keçirən sürücülər iş səfərləri dövründə həftəlik istirahət günlərindən istifadə etmək imkanına malik olmadıqda, əsas iş yerinə qayıtdıqdan sonra onlara başqa istirahət günləri verilməlidir.

3.14. Səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə əhaliyə və təşkilatlara fasiləsiz xidmət göstərmək zərurəti ilə əlaqədar sürücülərin işləməsinə həmin günlər iş (növbəlilik) cədvəlində iş günləri kimi nəzərdə tutulduğu, həmçinin işlərin dayanması istehsalat-texniki şərtlərə görə mümkünsüz olduğu təxirəsalınmaz təmir və yükvurma-yükboşaltma işləri aparıldığı hallarda yol verilir. İş vaxtının cəmlənmiş uçotu aparıldığı hallarda iş (növbəlilik) cədvəlinə əsasən səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzngünündə yerinə yetirilən iş uçot dövrünün iş vaxtı normasına daxil edilir.

 

4. Yekun müddəalar

 

4.1. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarında nəqliyyat vasitələrinin hərəkət cədvəlləri, habelə sürücülərin iş (növbəlilik) cədvəlləri bu Qaydalarda nəzərdə tutulmuş iş və istirahət rejiminə əsasən tərtib edilir.

4.2. Daşıyıcı avtomobil nəqliyyatı ilə yerinə yetirdiyi sərnişin və yük daşımalarını və avtonəqliyyat vasitələrinin işçi heyətlərinin maarifləndirilməsini bu Qaydaların tələblərinə uyğun olaraq təşkil etməlidir.

4.3. Daşıyıcı sürücülərin iş və istirahət vaxtına nəzarət etməli, habelə ona məxsus avtonəqliyyat vasitələrinin yerinə yetirdiyi reyslər barədə məlumatları təhlil etməli, bu Qaydaların tələblərinin pozulması hallarını aşkar etdikdə, onların aradan qaldırılmasına yönəldilmiş tədbirlər görməli, o cümlədən iş (növbəlilik) cədvəllərinə və marşrutlara düzəlişlər etməlidir.

4.4.Sürücülərin iş və istirahət rejimi ilə bağlı Qaydalarda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

  4.5. Bu Qaydaların pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

_______________________

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 10 mart

tarixli 118 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

“Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda”ya 
1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

 

______________________________________________ tərəfindən

(ərizəçinin adı, soyadı, atasının adı)

 

Sürücü kartının ilk dəfə verilməsi üçün

 

ƏRİZƏ

 

1. Xahiş edirəm mənə avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək sürücü kartını verəsiniz:

□ beynəlxalq

□ ölkədaxili

2. Sürücü kartının verilməsi üçün məlumatlar:

2.1. adı, soyadı, atasının adı ___________________________

2.2. yaşayış ünvanı __________________________________

2.3. poçt ünvanı ____________________________________

2.4. doğulduğu tarix _________________________________

2.5. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasportun məlumatları)

______________________________________________________

2.6. milli sürücülük vəsiqəsinin nömrəsi __________________

2.7. sürücülük vəsiqəsinin verildiyi ölkənin adı _____________

2.8. ünsiyyət dili_____________________________________

2.9. xüsusi təlim keçmə barədə məlumat ________________

3. Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

4. □ Beynəlxalq avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

5. □ Ölkədaxili avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

6. Sürücü kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

7. Ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

7.1. şəxsiyyəti təsdiq edən sənədin məlumatlarını (soyadı, adı, atasının adı, kim tərəfindən və nə vaxt verilmişdir, qeydiyyat yeri) əks etdirən səhifələrinin surəti;

7.2. sürücülük vəsiqəsinin surəti;

7.3. xüsusi təlim keçmə barədə sənədin surəti;

7.4. fotoşəkil.

 

____________ _______________ __________________________

(tarix) (ərizəçinin imzası) (adı, soyadı)

 

M.Y.

 

 

Qeyd.Bu ərizənin 2.8-ci, 2.9-cu, 7.3-cü bəndlərinin və 3-cü hissənin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.

 

 

 

 

 

_______________

 

“Rəqəmsal taxoqraf  kartlarının

sisteminə dair Qayda”ya 
2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

 

______________________________________________ tərəfindən

(ərizəçinin adı, soyadı, atasının adı)

 

Sürücü kartının təzələnməsi üçün

 

ƏRİZƏ

 

1. Xahiş edirəm mənə qüvvədəolma müddətinin bitməsi ilə əlaqədar avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə edilən yeni sürücü kartını verəsiniz:

□ beynəlxalq

□ ölkədaxili

2. Əvvəl verilmiş kartın nömrəsi ________________________

3. Şəxsi məlumatların dəyişdirilməsi barədə məlumatlar (əgər həmin məlumatlarda dəyişikliklər olmuşdursa):

3.1. adı, soyadı, atasının adı ___________________________

3.2. yaşayış ünvanı __________________________________

3.3. poçt ünvanı  ____________________________________

3.4. doğulduğu tarix _________________________________

3.5. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasport məlumatları)

______________________________________________________

3.6. milli sürücülük vəsiqəsinin nömrəsi __________________

3.7. sürücülük vəsiqəsinin verildiyi ölkənin adı _____________

3.8. ünsiyyət dili ____________________________________

4. Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

5. □ Beynəlxalq avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

6. □ Ölkədaxili avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

7. Sürücü kartının təzələnməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

8. Şəxsi məlumatların dəyişdirilməsi ilə əlaqədar ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

8.1. şəxsi məlumatların dəyişdirilməsini təsdiq edən sənədlər;

8.2. fotoşəkil.

 

____________ _______________ __________________________

(tarix) (ərizəçinin imzası) (adı, soyadı)

 

M.Y.

 

 

 

 

Qeyd.Bu ərizənin 3.8-ci bəndinin və 4-cü hissəsinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.

 

 

 

 

 

 

“Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda”ya 
3 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

 

_____________________________________________ tərəfindən

(daşıyıcı hüquqi şəxsin adı və ya fərdi sahibkarın adı, soyadı, atasının adı)

 

Daşıyıcı kartının ilk dəfə verilməsi və təzələnməsi üçün


ƏRİZƏ

 

1._________________________________________şəxsində

(vəzifəsi, adı, soyadı, atasının adı)

______________________________________________________

(hüquqi şəxsin və ya fərdi sahibkarın adı)

 

avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək _____ ədəd daşıyıcı kartının verilməsini xahiş edirik:

□ beynəlxalq

□ ölkədaxili

2. Bunlardan:

 

2.1. ____ ədəd daşıyıcı kartının _______________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

2.2. ____ ədəd daşıyıcı kartının ________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

adına rəsmiləşdirilməsini xahiş edirəm.

3. Bu ərizə ilə daşıyıcı kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

4. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, daşıyıcı kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda, kartı qaytarmağı öz öhdəmə götürürəm.

5. □ Ölkədaxili avtomobil daşımaları zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, daşıyıcı kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda, kartı qaytarmağı öz öhdəmə götürürəm.

6. Daşıyıcı kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

7. Daşıyıcı kartının verilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) haqqında məlumatlar:

7.1. tam və qısaldılmış adı ____________________________

7.2. qeydiyyat və idarəetmə orqanının ünvanı _____________

7.3. poçt ünvanı ____________________________________

8. Daşıyıcı kartı verilən şəxs (şəxslər) barədə məlumatlar:

8.1. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı ______

8.2. doğulduğu tarix _________________________________

8.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir)_____________________________

8.4. xüsusi təlim keçmə barədə məlumat _________________

8.5. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin nömrəsi və tarixi __________________________________________________

______________________________________________________

9. Əvvəllər verilmiş daşıyıcı kartı haqqında məlumatlar:

9.1. kartın nömrəsi __________________________________

9.2. qüvvədəolma müddəti ____________________________

9.3. daşıyıcı kartının verildiyi şəxsin adı, soyadı, atasının adı ______________________________________________________

______________________________________________________

10. Ərizədə qeyd edilən məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

10.1. hüquqi şəxsin (fərdi sahibkarın) dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;

10.2. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə təyin edilmiş məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

10.3. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin surəti;

10.4. kartın verilməsi nəzərdə tutulmuş hər bir şəxsin xüsusi təlim keçməsi haqqında sənədin surəti;

10.5. təzələnməsi tələb olunan əvvəllər verilmiş kartlar.

 

____________ _______________ __________________________

(tarix) (ərizəçinin imzası) (adı, soyadı)

 

M.Y.

 

 

 

 

 

Qeyd.Bu ərizənin 3-cü hissəsinin, 8.4-cü və 10.4-cü bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.

 

 

 

_______________

 

“Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda”ya 
4 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının 
Nəqliyyat Nazirliyinə

 

______________________________________________ tərəfindən

(emalatxana rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi)

 

Emalatxana kartının ilk dəfə verilməsi və təzələnməsi üçün

ƏRİZƏ

1. ________________________________________________

(hüquqi şəxsin və ya fərdi sahibkarın adı)

_______________________________________________ şəxsində

(vəzifəli şəxsin vəzifəsi, adı, soyadı, atasının adı)

 

“Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi” üzrə səlahiyyətli orqan tərəfindən icazə verilən taxoqrafların quraşdırılması, yoxlanılması, plomblanması, təmiri və onlara texniki xidmət göstərilməsi üçün _____________ ədəd emalatxana kartının verilməsini xahiş edirik.

 

2. Bunlardan: 

 

2.1. ____ ədəd emalatxana kartının _____________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

2.2. ____ ədəd emalatxana kartının _____________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

adına rəsmiləşdirilməsini xahiş edirik.

3. Emalatxana kartının verilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) barədə məlumatlar:

3.1. emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın tarixi və qeydiyyat nömrəsi _________________________________

3.2. tam və qısaldılmış adı ____________________________

3.3. qeydiyyat və idarəetmə orqanının ünvanı _____________

3.4. poçt ünvanı_____________________________________

4. Emalatxana kartının verilməsi üçün məlumatlar:

4.1. kartların alınması, saxlanılması və istifadə edilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) tərəfindən təyin edilmiş təşkilatın rəhbəri və ya digər şəxsin (şəxslərin) adı, soyadı, atasının adı və vəzifəsi ______________________________________________________

4.2. doğulduğu tarix _________________________________

4.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) ____________________________

4.4. xüsusi təlim keçmə barədə məlumat _________________

4.5. kartın alınması, saxlanılması və istifadə edilməsi üçün məsul şəxsin təyin edilməsi barədə əmrin nömrəsi və tarixi _______

5. Əvvəllər verilmiş emalatxana kartı haqqında məlumatlar:

5.1. kartın nömrəsi __________________________________

5.2. qüvvədəolma müddəti ____________________________

5.3. kartının verildiyi şəxsin adı, soyadı, atasının adı _______

6. Bu ərizə ilə daşıyıcı kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

7. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, emalatxana kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (müvafiq fəaliyyətin dayandırılması, emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın qüvvəsinin dayandırılması və ya ləğv olunması, xidmət göstərilən növ taxoqrafların istismardan çıxarılması və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

8. □ Ölkədaxili avtomobil daşımaları zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, emalatxana kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (müvafiq fəaliyyətin dayandırılması, emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın qüvvəsinin dayandırılması və ya ləğv olunması, xidmət göstərilən növ taxoqrafların istismardan çıxarılması və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

9. Emalatxana kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

10. Ərizədə göstərilən məlumatlar ərizəyə əlavə edilən aşağıdakı sənədlərlə təsdiq edilir:

10.1. hüquqi şəxsin (fərdi sahibkarın) dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;

10.2. emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın surəti;

10.3. emalatxana üzrə təyin edilmiş məsul şəxsin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti;

10.4. kartların alınması, saxlanılması və istifadə edilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin surəti;

10.5. kartın verilməsi nəzərdə tutulmuş hər bir şəxsin xüsusi təlim keçməsi haqqında sənədin surəti;

10.6. təzələnməsi tələb olunan ilk dəfə verilmiş kartlar.

 

____________ _______________ __________________________

(tarix) (ərizəçinin imzası) (adı, soyadı)

 

M.Y.

 

 

 

Qeyd.Bu ərizənin 7-ci hissəsinin, 5.4-cü və 11.5-ci bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.

 

 

 

 

 

“Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda”ya 
5 nömrəli əlavə

 

Azərbaycan Respublikasının 
Nəqliyyat Nazirliyinə

 

______________________________________________ tərəfindən

(ərizəçinin vəzifəsi, adı, soyadı, atasının adı)

 

Nəzarətçi kartının ilk dəfə verilməsi və təzələnməsi üçün


ƏRİZƏ

 

1. □ Beynəlxalq □ Ölkədaxili avtomobil daşımalarını həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsi üçün aşağıdakı əməkdaşlara nəzarətçi kartlarının verilməsini xahiş edirik.

2. Nəzarətçi kartının verilməsi üçün məlumatlar:

2.1. nəzarət orqanının adı _____________________________

2.2. ünvanı ________________________________________

3. Nəzarətçi kartının verilməsi nəzərdə tutulmuş şəxs (şəxslər) barədə məlumatlar:

3.1. vəzifəsi ________________________________________

3.2. doğulduğu tarix _________________________________

3.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) ____________________________

3.4. xüsusi təlim keçmə barədə məlumat _________________

4. Bu ərizə ilə nəzarətçi kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

5. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, nəzarətçi kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (kartın verildiyi nəzarətçi tutduğu vəzifədən azad olunduqda və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

6. □  Ölkədaxili  avtomobil  daşımaları  zamanı  Azərbaycan  Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, nəzarətçi kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (kartın verildiyi nəzarətçi tutduğu vəzifədən azad olunduqda və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

7. Nəzarətçi kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

8. Ərizədə qeyd olunan məlumatları ərizəyə əlavə edilən aşağıdakı sənədlərlə təsdiq edirəm:

8.1. nəzarətçi kartının verilməsi nəzərdə tutulmuş şəxsə (şəxsələrə) dair məlumatlar;

8.2. şəxsiyyəti təsdiq edən sənədin məlumatlarını (nömrəsi, soyadı, adı, atasının adı, kim tərəfindən və nə vaxt verilmişdir, qeydiyyat yeri) əks etdirən səhifələrinin surəti;

8.3. xüsusi təlim keçmə barədə sənədin surəti;

8.4. fotoşəkil.

 

____________ _______________ __________________________

(tarix) (ərizəçinin imzası) (adı, soyadı)

 

M.Y.

 

 

Qeyd.Bu ərizənin 5-ci hissəsinin, 3.4-cü və 10.2-ci bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video