Alternative content

22:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 22.04.2012

 

Zavodda fəhlə işləyirəm. Hərbi xidmətə çağırılmağımla əlaqədar işdən çıxmalıyam. Bilmək istəyirəm, hərbi xidməti başa vurduqdan sonra əvvəlki işimə qayıda bilərəm? Müddətli hərbi xidmət dövrü sığorta stajına daxil edilirmi?

 

Samir NƏBİZADƏ,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Göründüyü kimi, siz hərbi xidmətdən buraxıldıqdan sonra 60 təqvim günü ərzində həmin zavodda əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıda bilərsiniz.

O ki qaldı ikinci suala, "Əmək pensiyaları" haqqında qanunun 21.2.11-ci maddəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla), sığortaolunanın sığorta stajına daxil olunur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun müddətli həqiqi hərbi xidməti, hərbi xidmətin növlərindən biri kimi nəzərdə tutur (12.2-ci maddə).

Beləliklə, müddətli həqiqi hərbi xidmətdə olduğu dövr şəxsin sığorta stajına daxil edilir.

 

Atam vəsiyyətnamə ilə özünə məxsus olmuş əmlakları mənim və qardaşım arasında bölüşdürmüşdür. Lakin mülkiyyətindəki avtomobilə dair vəsiyyətnamədə heç bir göstəriş yoxdur. Bu halda, həmin avtomobil vərəsəlik qaydasında kimə keçəcəkdir?

 

Natiq YUSİFLİ,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1172-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

Odur ki, mərhum atanıza məxsus olmuş avtomobil vəsiyyətnamədən kənarda qalmış əmlak kimi 1172-ci maddəyə müvafiq olaraq atanızın qanun üzrə vərəsələri arasında bərabər paylarda bölüşdürülməlidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi