Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 123
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 123
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:04 03.04.2016

 

№ 123                                                Bakı şəhəri, 11 mart 2016-cı il

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 93; 2003, № 6, maddə 348; 2004, № 9, maddə 750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə 812; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 5-ci hissəsinin ikinci abzasında “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC, “Bayva Qərb-Enerji” MMC, “Bayva Cənub-Enerji” MMC səhmdar cəmiyyətlərinə və “Naxçıvan Energetika İdarəsinə” sözləri “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyinə” sözləri ilə əvəz edilsin.

2. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 538; 2009, № 9, maddə 757; 2010, № 4, maddə 371; 2012, № 2, maddə 190; 2014, № 1, maddələr 57, 69, № 2, maddə 201, № 6, maddələr 745, 747) preambulasında “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588, № 10, maddə 934; 2014, № 7, maddə 912) 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın 3-cü hissəsinin “Təşkilatların yerləşdiyi binalar” sütununda “Bakıelektrikşəbəkə” Səbail İdarəsinin” sözləri “Azərişıq” Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1292) ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın 2.7-ci bəndində “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM