Alternative content

12:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 125
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 125
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:04 03.04.2016

 

№ 125                                                Bakı şəhəri, 14 mart 2016-cı il

 

“Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1200-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1138 nömrəli Sərəncamının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il14 mart

tarixli 125nömrəliqərarıilə

təsdiqedilmişdir

 

 

Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin

 

NÜMUNƏVİ NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə "Əhalinin sağlamlığının qorunması haq­qında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və 46-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki dövlət tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və hüquqi şəxslərin dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlan-mışdır.

1.2.        Dövlət tibb müəssisəsi (bundan sonra – müəssisə) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu, bu nümunəvi Nizamnaməni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra-Nazirlik) qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Müəssisə qeyri-kommersiya hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.4. Müəssisənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət tibb müəssisələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının büdcəsi), büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Müəssisəninfəaliyyət istiqaməti

 

2.1. Müəssisə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir.

 

3. Müəssisəninvəzifələri

 

3.1. Müəssisə  aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. pulsuz tibbi xidmət göstərmək;

3.1.2. növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası Nazirlik tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibbi yardım göstərmək; 

3.1.3. elmi təbabətin  və texnikanın nailiyyətləri, eləcə də təbabətin qabaqcıl təcrübəsi əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək;

3.1.4. tibbi fəaliyyətin təşkilati forma və üsullarını inkişaf etdirmək və təkmilləşdirmək;

3.1.5. fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;

3.1.6. tibb fəaliyyətini tənzimləyən aktlardan istifadə etmək;

3.1.7. qaydası Nazirlik tərəfindən müəyyən edilən ilkin tibbi-sanitariya yardımı göstərmək;

3.1.8. ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım göstərmək, onları qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin etmək;

3.1.9. səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarını, tibbi texnologiyaları, dərman və dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə uyğun istifadə etmək. Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək;

3.1.10. orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşmasınınqiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə tibbi-sosial ekspert komissiyalarına göndəriş vermək;

3.1.11. tibb personalı tərəfindən dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların təyinatı üzrə işlədilməsini təmin etmək, onların saxlanılması şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;

3.1.12. insanın ölüm anını təsdiq etmək;

3.1.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək;

3.1.14. ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma  aparmaq;

3.1.15. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata keçirmək;

3.1.16. sanitar-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirmək;

3.1.17. sanitariya-gigiyena və əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirmək;

3.1.18. ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

3.1.20. tibb sahəsində mütəxəssislərin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onları ixtisas səviyyələrinin artırılmasına cəlb etmək;

3.1.21. həkim sirrinin qorunması üçün tədbirlər görmək;

3.1.22. müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin keyfiyyətini və səmərəliliyini təhlil etmək;

3.1.23. mühasibat uçotunu aparmaq, dövlət hesabat məlumatlarını toplamaq, ümumiləşdirmək, təhlil etmək  və müvafiq dövlət orqanlarına təqdim etmək;

3.1.24. vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı”vasitəsilə elektron nəzarət sistemini tətbiq etmək;

3.1.25. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.26. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanun-vericiliyə uyğun olaraq baxmaq və tədbirlər görmək;

3.1.27. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Müəssisənin hüquqları

 

4.1. Müəssisə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. növləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək;

4.1.2. müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.3. fəaliyyət sahəsi üzrə tibbi konfrans, simpozium və qurultaylarda iştirak etmək;

4.1.4. fəaliyyət sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.5. müstəqil ekspertləri,  o cümlədən xarici ölkələrdə hazırlıq keçən tibb və əczaçılıq mütəxəssislərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.6. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

 

5. Müəssisənin fəaliyyətinin idarə olunması

 

5.1. Müəssisənin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi tabe olduğu orqanın rəhbəri tərəfindən həyata keçirilir.

5.2. Müəssisənin fəaliyyətinə Nazirliyin tabeliyində olan müəssisələrə münasibətdə səhiyyə naziri, digərlərinə isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müəssisənin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) rəhbərlik edir. Müəssisənin rəhbəri müəssisəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Müəssisə rəhbərinin tabe olduğu orqanın rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.

5.4. Müəssisə rəhbərinin müavini (müavinləri) ona (onlara) həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Müəssisə rəhbəri:

5.5.1. müəssisənin işini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə və iş bölgüsü aparır, müəssisənin digər vəzifəli şəxslərinin həvalə edilmiş sahələr üzrə səlahiyyətini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. müəssisənin strukturuna daxil olan qurumların vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir, müvafiq yoxlamalar təyin edir;

5.5.4. müəssisənin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir;

5.5.5. müəssisənin fəaliyyətini tabe olduğu orqanın sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.5.6. müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin tabe olduğu orqanın kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.5.7. tabe olduğu orqanın iş planında və kollegiyasının qərarlarında, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.5.8. müəssisənin və onun strukturuna daxil olan qurumların fəaliyyətinə, tabeliyində olan işçilərin vəzifələrinin yerinə yetirilməsinə, müəssisədə icra və əmək intizamına nəzarət edir;

5.5.9. müəyyən edilmiş struktur, işçilərin say həddi və ayrılmış büdcə vəsaitləri daxilində müəssisənin və strukturuna daxil olan digər qurumların xərclər smetasına dair yuxarı idarəetmə orqanına təkliflər verir;

5.5.10. müəssisənin fəaliyyətinin, ştat və strukturunun təkmilləşdirilməsinə  dair tabe olduğu orqanın rəhbərinə təkliflər verir;

5.5.11. səlahiyyətləri daxilində kadr məsələlərini həll edir;

5.5.12. qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə tədbirlər görür;

5.5.13. dövlət büdcəsindən ayrılan vəsaitlərin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsini təmin edir;

5.5.14. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə tabe olduğu orqana təkliflər verir;

5.5.15. səlahiyyətləri daxilində korrupsiyaya və maraqlar toqquşmasına qarşı tədbirlər görür;

5.5.16. səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.5.17. müəssisədə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;

5.5.18. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir;

5.5.19. səlahiyyətləri daxilində digər məsələləri həll edir.

5.6. Müəssisə rəhbərinin müavini:

5.6.1. vəzifə bölgüsü ilə ona həvalə edilmiş sahələrin fəaliyyətinə görə məsuliyyət daşıyır;

5.6.2. ona həvalə edilmiş sahənin işinə nəzarət edir;

5.6.3. müvafiq sahələrin fəaliyyətinə nəzarət edir;

5.6.4. həvalə edilmiş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə müəssisənin rəhbərinə təkliflər verir;

5.6.5. ümumiləşdirmələr aparır, statistik və digər hesabatları hazırlayır və müəssisə rəhbərinə təqdim edir;

5.6.6. müəssisənin rəhbəri vəzifəsini icra edə bilmədikdə, tabe olduğu orqanın rəhbərinin tapşırığına əsasən onun vəzifələrini yerinə yetirir;

5.6.7. peşə hazırlığının yüksəldilməsi məqsədi ilə tibb elmini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.6.8. fəaliyyəti ilə bağlı tabe olduğu orqanın rəhbərliyinin və müəssisə rəhbərinin tapşırıqlarını yerinə yetirir.

5.7. Müəssisədə onun rəhbərindən (sədrdən), müavinlərdən və digər rəhbər işçilərdən ibarət məşvərətçi kollegial orqan – Tibbi Şura yaradılır. Tibbi Şuranın üzvlərinin sayı və fərdi tərkibi, habelə iş qaydası tabeliyində olan orqanın rəhbəri tərəfindən müəyyən edilir.

5.8. Tibbi Şura:

5.8.1. müəssisənin xüsusiyyətləri nəzərə alınmaqla, ayrı-ayrı xəstəliklər üzrə müayinə və müalicə standartlarının tətbiqini təmin edir;

5.8.2. müəssisədə aparılan müalicə-profilaktika və sanitariya-əksepidemik fəaliyyətin keyfiyyətini və səmərəliliyini öyrənir, bu fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müzakirələr təşkil edir;

5.8.3. müəssisənin dövri hesabatlarına dair dinləmələr keçirir və onun fəaliyyətinə qiymət verir;

5.8.4. işində ciddi nöqsanlar aşkar edilmiş ayrı-ayrı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə tövsiyələr verir;

5.8.5. təbabətin aktual məsələlərinə həsr olunmuş kliniki müzakirələrin və elmi-praktik konfransların mövzularını müəyyən edir;

5.8.6. klinik diaqnostikasında çətinlik və tərəddüdlərlə qarşılanmış xəstəliklər nəticəsində baş vermiş, klinik və patoloji anotomik diaqnozlarda ciddi uyğunsuzluq olan və mübahisə doğuran ölüm hadisələrini və bununla bağlı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq müvafiq tövsiyələr verir;

5.8.7. müəssisənin iş planını və onun icrası vəziyyətini müzakirə edir.

5.9. Tibbi Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Tibbi Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olarsa, Tibbi Şuranın sədrinin səsi həlledici hesab edilir.  

5.10. Tibbi Şuranın qərarları protokolla rəsmiləşdirilir və sədri tərəfindən təsdiq edilir.

5.11. Tibbi Şuranın iclasları müəssisənin rəhbəri tərəfindən mütəmadi olaraq çağırılır.

 

6. Müəssisənin yenidən təşkili və ləğv olunması

 

6.1. Müəssisənin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıl-maqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.