Alternative content

03:23 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 89
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 89
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:03 31.03.2016

 

№ 89                                      Bakı şəhəri, 25 fevral 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 23 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na aşağıdakı məzmunda 12-1-ci sətir əlavə edilsin:

 

12-1.

Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri