Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 90
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 90
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:03 31.03.2016

 

№ 90                                      Bakı şəhəri, 25 fevral 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 383 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin 14-cü bəndinə “məbləğlərini,” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

2. 89-cu hissənin ikinci abzasında “emissiya və qeyri-emissiya” sözləri “sənədli” sözü ilə əvəz edilsin və həmin abzasdan “(orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair)” sözləri çıxarılsın.

3. 11-ci fəslin adına “məbləğlərinin,” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

4. 152-ci hissənin birinci və ikinci abzaslarına “məbləğlərini və” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

5. 153-cü hissənin birinci abzasına “məbləğlərini və” sözlərindən və “məbləğləri və ya” sözlərindən sonra, ikinci abzasına isə “pul məbləğlərini,” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

6. 154-cü hissənin birinci abzasına “məbləğləri və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

7. 155-ci hissənin birinci abzasına “məbləğlərinin və” sözlərindən və “məbləğini və ya” sözlərindən, ikinci abzasına isə “pulun və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

8. 157-ci hissəyə “məbləğlərinin və” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

9. 158-ci hissənin dördüncü abzasına “məbləğləri və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM