№ 93 Bakı şəhəri, 25 fevral 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 192, № 5, maddə 461; 2008, № 1, maddə 39; 2009, № 1, maddə 22) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə ikinci halda “ipoteka kağızının” sözləri “qiymətli kağızların” sözləri ilə əvəz edilsin.
2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Daşınmaz və daşınar əşyaların ipoteka hüququnu təsdiq edən ipoteka kağızları barədə məlumatlar (qeydlər) qiymətli kağızların dövlət reyestrində əks etdirilir.”.
3. 1.4-cü bənddən “bütün növ” sözləri çıxarılsın.
4. 3.2-ci bəndin ikinci abzasında “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü ilə əvəz edilsin.
5. 3.3-cü bənddə “reyestrə” sözü “ipoteka kağızının qeydə alındığı müvafiq reyestrə” sözləri ilə əvəz edilsin.
6. 4.2-ci bənddə “ipoteka kağızının” sözləri “qiymətli kağızların” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri