Alternative content

10:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nigarançılığa son qoyulub: körpü təmir olunur
Nigarançılığa son qoyulub: körpü təmir olunur
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Kəndimiz rayon mərkəzindən xeyli uzaqda yerləşir. Uzun zaman idi Tərtər çayı üzərindəki körpünün qəzalı vəziyyətdə olması bütün kənd sakinlərini ciddi narahat edirdi. Narahatlığa da kifayət qədər əsas vardı. Kəndə gediş-gəliş məhdudlaşmışdı və bu, bəzən acınacaqlı nəticələr verirdi.

Bu yaxınların söhbətidir: kəndimizdə bir imkansız ailənin evi yanırdı. Hadisə yerinə çağırılan yanğınsöndürən maşın həmin körpüdən keçə bilmədi. Ev isə bütün əşyaları ilə birlikdə yanıb kül oldu...

İllərdir bu körpünün təmir olunması xahişi ilə respublikanın müxtəlif təşkilatlarına davamlı müraciət etmişik. Təbii ki, ilk növbədə Nəqliyyat Nazirliyinə. Nazirlikdən gələn nümayəndələr körpünün vəziyyəti ilə yerində tanış olmuşdular. Təmir edəcəklərinə söz verib bir daha geri qayıtmadılar - kənd sakinlərinin də gözü qaldı yolda...

Bu yaxınlarda daxili işlər naziri Bərdədə rayon sakinləri ilə görüşə gəlmişdi. Əhalini narahat edən problemləri öyrənirdi. Görüşdə bizim Əyricə kəndinin körpü problemi də nazirin diqqətinə çatdırıldı. Cənab Ramil Usubov problemin həllinə çalışacağına söz verdi. Heç aradan bir həftə keçməmiş körpüdə təmir işlərinə başlanıldı. Artıq nigarançılığımıza son qoyulub. İnşaatçılar intensiv işləyirlər. Körpü əsaslı təmir olunur. Bu səbəbdən kəndimizdə yüksək əhvali-ruhiyyə, Novruz öncəsi əsl bayram ovqatı yaranıb. Yol çəkmək, körpü salmaq hər zaman böyük savab sayılıb, minnətdarlıqla qarşılanıb. Əyricə camaatı bu qayğı və diqqətə görə dövlətimizə, zəhmət çəkən hər kəsə öz minnətdarlıqlarını bildirirlər.

 

Fərhad QASIMOV,

Bərdə rayonu, Əyricə kənd sakini