Alternative content

21:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azyaşlılara yüksək səviyyədə təlim-tərbiyə verilir
Azyaşlılara yüksək səviyyədə təlim-tərbiyə verilir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Respublikamızın hər yerində olduğu kimi, Balakəndə də bütün sahələrdə inkişaf var... Şəhər və kəndlərimiz abadlaşmaqda, həyat səviyyəsi yüksəlməkdədir. Uşaqların rifahına, təlim-tərbiyəsinin müasir tələblər çərçivəsində təşkilinə xüsusi diqqət ayrılır.

Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində bu istiqamətdə qazanılan nailiyyətlər qürurvericidir. Qabaqçöl qəsəbə və Katex 1 saylı kənd tam orta, Mazımçay kənd ümumi orta məktəbləri, Meşəşambul, Qazma, Püştətala və Katex 2 saylı kənd uşaq bağçaları yüksək səviyyədə təmir edilib. Analoji tədbirlər uşaq  yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlıq evində, mərkəzi və şəhər kitabxanalarında, həmçinin Gərəkli kənd həkim məntəqəsində də həyata keçirilib.

Eyni zamanda şəhər 2 saylı uşaq bağçası da təmir olunub. İki övladımın tərbiyə aldığı bu bağçada buna qədər şərait heç də qənaətbəxş deyildi. Özüm uşaq həkimi olduğum üçün buradakı vəziyyətin sanitar-gigiyenik normalara cavab vermədiyini görürdüm və bu məni çox qayğılandırırdı. İndi çox rahatam. Şükür ki, dövlət qayğısı sayəsində problem aradan qalxıb. Hazırda rayonun ən yaxşı bağçası hesab olunan bu müəssisədə azyaşlılara yüksək səviyyədə təlim-tərbiyə verilir.

 

İlahə USTAYEVA,

Balakən rayon sakini