Alternative content

20:40 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amin rəssam olmaq istəyir
Amin rəssam olmaq istəyir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Amin Orucov 2005-ci ildə Lənkəran rayonunun Vilvan  kəndində  anadan  olub. O,  kənd tam orta məktəbin 5-ci sinfində oxuyur. Rəsm çəkməyə həvəslidir. Bu bacarığı ilə seçilir.

Müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. Balaca rəssam dərslərinə də maraq və həvəslə hazırlaşır. Əla qiymətlərlə oxuduğuna görə məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif edilib.

Amin Lənkəran şəhər Uşaq yaradıcılıq mərkəzinin rəsm dərnəyində təcrübəli fırça ustası Ağamirzə müəllimin rəhbərliyi altında iki ildir ki, rəssamlığın sirlərini öyrənir. O, əsasən kompozisiya janrında rəsmlər çəkməyi xoşlayır və inamla öz  üzərində çalışır. Aminin istedadı “Cənub TV”nin diqqətini cəlb edib, haqqında süjetlər çəkilib, televiziyada göstərilib. Bu, onu daha da həvəsləndirib. Rəngkarlıq sənətində ilk addımlarını atan  Aminin ən böyük arzusu yaxşı rəssam olmaq, Azərbaycan mədəniyyətinə töhfə verməkdir.

 

Amil RƏHİMOV