Alternative content

12:09 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dəyərləri Almaniyada
Azərbaycan dəyərləri Almaniyada
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Bu ildən Almaniyanın Drezden şəhərində Bakı  Beynəlxalq Multikulturalizm  Mərkəzinin rəsmi filialı fəaliyyətə başlayıb. Filialın direktoru almaniyalı alim Bircit Vaysgerber, müşaviri Ağa Hüseyn Babayevdir.

Həmyerlimiz həmçinin Drezdendə Azərbaycan dilinin qorunması, milli mədəni  dəyərlərimizin  öyrənilməsi, təbliği və gələcək nəslə çatdırılması məqsədi ilə Saksoniyanın ictimai-siyasi həyatında xüsusi yeri olan “Alm.Az” Alman-Azərbaycan Cəmiyyətinin yaradıcısıdır. “Alm.Az” cəmiyyəti  on illik  fəaliyyətində Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı çoxsaylı tədbirlər təşkil edib. Drezden  xalqımızın şah əsəri, nadir abidəsi  “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlandığı şəhərdir. Hazırda Almaniyanın ali tədris ocaqlarında “Azərbaycan Multikulturalizm” fənninin tədrisi və “Azərbaycan Multikulturalizm” kafedrasının yaranması istiqamətində müəyyən işlər aparılır ki, bu da millətlər və xalqlararası dostluq ənənələrinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən biridir.

 

Nuriyə RƏFİYEVA,

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi