Bir məktubun sevinci
Azərbaycan Dövlət Tibb Universitetinin Anatomiya kafedrasında fəaliyyətdə olan “Tədris muzeyi” son illər daha da zənginləşdirilib. Muzey 1919-cu ildə məşhur cərrah-anatom, professor V.İ. Razumovski tərəfindən Bakı Dövlət Universiteti tibb fakültəsinin nəzdində, üç yüz sümük preparatına malik kiçik bir otaqda yaradılmışdır.
Dörd ildən sonra 100 yaşı olacaq bu muzey ötən müddət ərzində, xüsusilə dövlət müstəqilliyi dövründə daha da zənginləşmişdir. Hazırda muzey 10 bölməyə və 6 mindən çox preparata malikdir. Muzey eksponatları gələcəkdə insanların sağlamlığı keşiyində duracaq tələbə-həkimlər üçün olduqca gərəkli və maraqlıdır. Bu marağı universitetdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində əcnəbi səhiyyə işçilərinin muzeyə baxışı zamanı da hiss edirik. Muzeyin xatirə kitabına indiyədək 58 xarici ölkədən tanınmış alim və mütəxəssis, müəyyən kollektivlər ürək sözlərini yazıblar. Vətənlərinə dönəndən sonra da bizimlə əlaqəni kəsməyiblər.
Bir müddət bundan əvvəl ATU-da olmuş Türkiyənın İnönü Universiteti Tibb fakültəsinin məhkəmə-tibb kafedrasının müdiri, Malatya məhkəmə tibb qurumunun rəbəri Osman Çelbiş yazır: “ATU-nun İnsan anatomiyası kafedrasındakı “Tədris muzeyi”nin təşkilindən böyük qürur duydum. Belə gözəl və zəngin elm məbədi ilə tanışlıqdan məmnun oldum. Çox ölkələrdə, tibb-elm ocaqlarında olmuşam, demək olar ki, heç yerdə belə muzey görməmişəm. Elm adamı, təcrübəli səhiyyə işçisi kimi, onlarca türkiyəli gəncin belə bir elm ocağında təhsil almalarına çox sevindim. İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinskiyə, əməkdaşlarına uğurlar arzulayıram”.
Novruz bayramı ərəfəsində qardaş ölkədən aldığımız bu məktub bizi fərəhləndirdi, ovqatımızı daha da yüksəltdi. Axı, istər adi fəhlə olsun, istər böyük alim peşəsindən asılı olmayaraq hər kəs qurub-yaratdığı işin bəhrəsini görəndə, əməyinə dəyər veriləndə mənən çox sevinir.
Elmira OCAQVERDİZADƏ,
ATU-nun İnsan anatomiyası kafedrasının dosenti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!