Alternative content

02:23 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir məktubun sevinci
Bir məktubun sevinci
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Azərbaycan Dövlət Tibb Universitetinin Anatomiya kafedrasında fəaliyyətdə olan  “Tədris muzeyi” son illər daha da zənginləşdirilib. Muzey 1919-cu ildə məşhur cərrah-anatom, professor V.İ. Razumovski tərəfindən Bakı Dövlət Universiteti tibb fakültəsinin nəzdində, üç yüz sümük preparatına malik kiçik bir otaqda yaradılmışdır.

Dörd ildən sonra 100 yaşı olacaq bu muzey ötən müddət ərzində, xüsusilə dövlət müstəqilliyi dövründə  daha da zənginləşmişdir. Hazırda muzey 10 bölməyə və 6 mindən çox preparata malikdir.  Muzey eksponatları gələcəkdə insanların sağlamlığı keşiyində duracaq tələbə-həkimlər üçün olduqca gərəkli və maraqlıdır. Bu marağı universitetdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində əcnəbi səhiyyə işçilərinin muzeyə baxışı zamanı da hiss edirik. Muzeyin xatirə kitabına indiyədək 58 xarici ölkədən tanınmış alim və mütəxəssis, müəyyən kollektivlər ürək sözlərini yazıblar. Vətənlərinə dönəndən sonra da bizimlə əlaqəni kəsməyiblər.

Bir müddət bundan əvvəl ATU-da olmuş Türkiyənın İnönü Universiteti Tibb fakültəsinin məhkəmə-tibb kafedrasının müdiri, Malatya məhkəmə tibb qurumunun rəbəri Osman Çelbiş yazır: “ATU-nun İnsan anatomiyası kafedrasındakı “Tədris muzeyi”nin təşkilindən böyük qürur duydum. Belə gözəl və zəngin elm məbədi ilə tanışlıqdan məmnun oldum. Çox ölkələrdə, tibb-elm ocaqlarında olmuşam, demək olar ki,  heç yerdə belə muzey görməmişəm. Elm adamı, təcrübəli səhiyyə işçisi kimi, onlarca türkiyəli gəncin belə bir elm ocağında təhsil almalarına çox sevindim. İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinskiyə, əməkdaşlarına uğurlar arzulayıram”.

Novruz bayramı ərəfəsində qardaş ölkədən aldığımız bu məktub bizi fərəhləndirdi, ovqatımızı daha da yüksəltdi. Axı, istər adi fəhlə olsun, istər böyük alim peşəsindən asılı olmayaraq hər kəs qurub-yaratdığı işin bəhrəsini görəndə, əməyinə dəyər veriləndə mənən çox sevinir.

 

Elmira OCAQVERDİZADƏ,

ATU-nun İnsan anatomiyası kafedrasının dosenti