Alternative content

10:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Universitetimiz xarici əlaqələri genişləndirir
Universitetimiz xarici əlaqələri genişləndirir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Gəncə Dövlət Universiteti xarici əlaqələri durmadan genişləndirir. 2013-cü ildən reallaşdırılan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən Mövlanə Mübadilə Proqramı çərçivəsində qardaş ölkənin ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq bizim üçün xüsusi önəmə malikdir. Hər il bu proqram iki ölkənin ali təhsil müəssisələri arasında akademik mübadilə yaratmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Hazırda Gəncə Dövlət Universiteti Türkiyənin Hacettepe, Bartin, Ərzincan, Çankaya və digər 19 universitetilə əməkdaşlıq edir. Bu günə qədər universitetimizin 6 müəllimi və 8 tələbəsi Mövlanə Mübadilə Proqramının imkanlarından faydalanmışdır. Qardaş Türkiyə Respublikasının müxtəlif ali təhsil ocaqlarından bir neçə professor isə universitetimizin qonağı olmuş və auditoriyalarda maraqlı mövzularda mühazirələr oxumuşdur.

 

Ruslan MƏMMƏDOV,

Gəncə Dövlət Universitetinin xarici əlaqələr şöbəsinin müdiri