Alternative content

12:53 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Niyə canlı oxumurlar?
Niyə canlı oxumurlar?
ANA SƏHİFƏ / Oxucu məktubları
01:03 31.03.2016

 

Çoxlarını narahat edən, narazılıq yaradan bir məsələdən söz açmaq istəyirəm. Bu, fonoqramla bağlıdır. Qeyd edim ki, son illər fonoqramın tətbiqi kütləvi xarakter alıb.

 

Müğənnilər, xüsusilə də şou-biznes əhli yeri gəldi-gəlmədi fonoqramdan istifadə edir, tamaşaçıya sayqısızlıq göstərirlər. Dəfələrlə şahidi olmuşam: Bakıdan rayona bir dəstə çalıb-oxuyan gəlir. Səhnə qurulur, ansambl əyləşir öz yerində. Müğənni əlinə mikrofon götürüb girir meydana, guya oxuyur.

Səhnədəki çalğıçılar da tamaşaçıya çevrilib əlləri qoyunlarında konserti izləyirlər:  Amma gur musiqi səsi qulaqları deşir. Biz tamaşaçılar isə narazı qalırıq. Buna lüzum varmı? Kimi aldadırlar? Müğənni də, ansambl da səhnədə, göz qabağında. Canlı ifa üçün heç bir maneə yoxdur. Amma disk qoyulur aparata, gücləndiricinin səsi qaldırılır son həddə. Müğənni də ritmə uyğun əzilib-büzülür, ağzını yalandan açıb-yumur. Əgər canlı ifa olmayacaqdısa, müğənnilərin, çalğıçıların yüz kilometrlərlə yol qət etməsinə nə ehtiyac vardı? Diskə hər kəs öz evində, öz maşınında da qulaq asa bilər. Təbii ki, belə konsertlərdən zövq ala bilmir, əksinə, əsəbiləşirik, əhvali-ruhiyyəmiz korlanır.

Başa düşmək olar ki, bəzən müəyyən vəziyyət fonoqramı zəruri edir. Amma həmişə buna ehtiyac olmur axı. Televiziya kanallarında yayımlanan şou proqramlarında da fonoqramdan istifadə ifrat həddədir.

Məncə, bu sahədə qayda yaratmağın vaxtı çoxdan çatıb - müğənni olan kəs tamaşaçı qarşısında oxuyub qabiliyyətini nümayiş etdirməlidir. Əgər onların canlı ifaya yetəcək qədər səsləri, bacarıqları yoxdursa, deməli, xalqı aldadırlar. Bu isə qətiyyən yolverilməzdir.

 

Səbuhi CƏFƏROV,

Bərdə şəhər sakini